August 24, 2013

Timsahların Təkamülü

Bəzi elmdən kənar qaynaqların iddialarında tez-tez müraciət etdikləri bu arqumentlərə yəqin ki rast gəlirsiniz: timsahlar və tarakanlar milyon illər ərzində "təkamülləşməyiblər", bu səbəbdən də Təkamül Nəzəriyyəsi etibarsızdır. Bu yazımızda timsahlara və timsahların təkamülünə toxunmaq istəyirik, daha sonrakı yazılarımızda isə tarakanlardan da bəhs edəcəyik.

İlk olaraq terminlər haqqında bir məlumatlandırma ilə başlayaq: "timsah" əslində yalnızca bir ailədir.


Crocodilia, Təbaşir dövründə, günümüzdən 84 milyon il əvvəl təkamülləşmiş böyük sürünənlər komandasının ümumi adıdır. Bu komanda altında, alliqatorlar (alligator), kaymanlar (caiman), timsahlar (crocodile)qaviallar (gharial) ailələri var. Ümumiyyətlə elm adamları "timsah" dedikləri zaman, həqiqi mənada timsahları nəzərdə tutur, yəni komandanı deyil, ailəni. Komanda və ailənin eyni ingiliscə ada sahib olması çaşqınlığın əsas səbəbidir. Lakin bu dörd ailəni əhatə edən komandanın latınca adı Crocodilia ikən, timsahbənzərlər ya da krokodilbənzərlər dediyimiz ailənin latınca adı Crocodylidae'dir. Biz bu yazmızda bütün timsah bənzərilərə, yəni komandaya ümumən bir baxış keçirəcəyik.

Timsah təkamülü haqqında əlimizdə o qədər çox sayda tapıntı var ki, yalnız bu növ ilə kifayətlənərək təkamülü heç bilməyən birinə bu təlimi izah etməyə bəs edər. İndi bu Təkamülə bir nəzər salaq:

Daha əvvəl də dediyimiz kimi, timsahlar günümüzdən 84 milyon il əvvəl ən yaxın qohumlarından ayrı istiqamətə doğru təkamüləşşəməyə başlamışdırlar: quşlardan. İnandırıcı olmasa da, hal-hazırda quşların yaşayan ən yaxın qohumları timsahlardır. Bu iki qrupun birləşməsinə Archosauria deyilir. Amma yaşayan timsahların quşlardan çox daha yaxın qohumları da olmuşdur, lakin bunların hamısının nəsli kəsilmişdir. Bu qohum növləri də hesaba qatsaq, yaşayan timsahların (bu səbəbdən quşların da) ən köhnə əcdadının (buna "tac qrupu" deyilir; texniki bir termindir, detala ehtiyac yoxdur) 220 milyon il əvvəl yaşadığını görərik. Yəni timsahbənzərlər, quşlar və timsahbənzərlərin nəsli kəsilmiş bütün qohumları və bütün bunların əcdadları, ya da sadəcə bunların cəminə verilən ad olan Crurotarsi kladı sürünənlərdən bir budaq olaraq 220 milyon il əvvəl növləşməyə başlamışdır.

Təxmin edilə biləcəyi kimi, 220 milyon il əvvəlindən bu yana vəziyyət kifayət qədər dəyişmişdir. Ən sadəsindən Crurotarsi, quşlar və timsahbənzərlər kimi iki tamamilə əlaqəsiz canlı qrupuna təkamülləşmişdir. Təbii ki bəhs etdiyimiz 220 milyon il olduqca uzun bir müddətdir və bu təkamülə lazım olan müddəti verir.

Timsahlar, sudan quruya çıxan amfibiyaların nəslindən təkamülləşmiş olan sürünənlərin bir hissəsidir. Əslində sürünənlər, quruya tam olaraq adaptasiya olmuş olsalar da, timsahlar təkrar suya qayıdan, yarı-su canlısı olaraq xatırlanan bir canlı qrupudur. Bədən planları da bu amfibik həyata olduqca uyğun şəkildə təkamülləşmişdir və bizə sudan quruya çıxan canlıların təxmini olaraq nəyə bənzəyə biləcəyi haqqında məlumat verir. Həqiqətən də, sonradan tapılan və sudan quruya çıxışa aid dəqiq bir "ara keçid növü" qalığı olan Tiktaalik roseae timsahbənzərlərinin uzun çənələri göz ardı edilsə, böyük nisbətdə bildiyimiz bir timsaha oxşayar. Həm quruda hərəkət etmək, həm suda üzmək üçün adaptasiya olmuş qısa amma güclü qıçlar, yastı bir kəllə, uzun bir quyruq və s. Bu vəziyyət, bir məməli adaptasiyasında da müşahidə edilmişdir: sürünənlərdən təkamülləşən məməlilərdən bir qrup, təkrar suya dönəcək şəkildə təkamül keçirməyə başlamış və sonunda müasir delfinlərə və balinalara təkamülləşmişdir. Bu təkamül müddəti içərisində bir pillə olan Ambuloceitae ailəsinin bədən planı eynilə bir timsaha ya da Tiktaalik'ə bənzəyir. Bu, "yaxın" təkamül dediyimiz hadisədir: bu canlıların hər birinin uzaq qohum olmalarına baxmayaraq, bənzər ətraf şərtlərinə bənzər təkamül adaptasiyaları ilə uyğunlaşmışdırlar.

Hər nə qədər televiziyalardan timsahları hücum xaricində həmişə səssiz, sakit və yatan heyvanlar olaraq tanısaq da, ümumi olaraq onların bilinməyən bir çox maraqlı xüsusiyyətləri var: məsələn timsahlar "yarı-dik" bir duruşa sahibdirlər. Yəni hər nə qədər dörd ayaqları üzərində dursalar da, xüsusilə ovları üzərinə cumduqlarında lazım olsa iki ayaq üzərinə müvəqqəti olaraq qalxa bilərlər. Hətta bəzi timsah növləri dörd nala qaçış dediyimiz və çitalar ilə atlarda dəqiq olaraq görülən, arxa və ön ayaqların simmetrik olaraq ortada görüşdüyü, sürətli qaçışa uyğun bir anatomiyaya sahibdirlər. Bəzi timsahların saatda 16 km sürətlə qaçdığı belə təsbit edilmişdir, ki bu da timsah kimi ağır, kobud bir canlı üçün olduqca yüksək bir rəqəmdir.

A) Timsahların Təkamülü:

Bu növlərin Təkamül Ağacı'nda addım-addım irəliləyəcəyik, bu səbəblə bir çox növ, cins və ailə görəcəyik. Əvvəlcə yol xəritəmizin başa düşülməsi baxımından belə bir vizual əlavə etmək istəyirik:

Yuxarıdakı şəkildəki pillələrin bir çoxu əskikdir, biz bunların arasını da dolduraraq, tapılan keçid növlərinin bir çoxuna toxunmaq istəyirik. Bir qismini yalnız ad və şəkillə keçəcəyik, bir qismini isə detallandıracağıq. Ümid edirik ki anlamaqda çətinlik çəkməyəcəksiniz. Sadəcə, yuxarıdakı ağacda, yuxarıdan aşağıya doğru enəcəyik. Hər bir budaq bitdiyində, bir altdakı budağa keçəcəyik. Bu keçidləri yazı içərisində onsuz da bildirəcəyik. Elə isə başlayaq:

Hər nə qədər Crurotarsi 220 milyon il əvvəl sürünənlərin altında dallanmağa başlamışsa da, timsah bənzəri canlıların təkamülləşməsi üçün 90 milyon il qədər keçməsi lazımdır. Bütün timsahbənzərlərın əcdadı olan növ, günümüzdən 130 milyon il əvvəl təkamülləşmiş olan Hylaeochampsa adlı bir növdür. Bu növ, "həqiqi timsahbənzərlər" adlandrılan Eusuchia'nın bilinən ilk nümunəsidir. Richard Owen tərəfindən 1874-ci ildə diaqnoz edilmişdir.


Daha sonra, 85 milyon il əvvəl təkamülləşən Allodaposuchus Cənubi Avropada yaşamış və timsahbənzərlərə aid bir ara növ olan ikinci canlıdır. Qalıqları Rumıniyada tapılmışdır. Təxminən 3.5 metr uzunluqdadır.



Yuxarıdakı fotoşəkildə Hylaeochampsa ilə Allodaposuchus növlərinin anatomik müqaisəsini görürsünüz. 

B) Gavialoidea Qolu və Təkamülü:

Bundan sonra, Allodaposuchus ilə ayrılan digər qol, dövrümüzün timsahlarına doğru təkamülləşməyə başlamışdır. İlk olaraq, dövrümüzün qaviallarına təkamülləşəcək olan Gavialoidea ilə krokodillər və alligqatorları da əhatə edən super ailə bir-birindən ayrılaraq təkamülləşməyə başlamışdır. Gavialoidea'ların təkamül müddətinə aid olan əlimizdə bir çox fosil var. Bunlardan ilki olan Eothoracosaurus bilinən ən qədim Gavialoiddir. Fosilləri Mississippidə tapılmışdır. Günümüzdən 70 milyon il əvvəl təkamülləşməyə başlamışdır.


Daha sonra,  təxminən 65 milyon il əvvəl Thoracosaurus təkamülləşmişdir. Bu cinsə aid iki fərqli növ tapılmışdır. Bunlardan biri Şimali Amerikada, digəri Avropada yaşamışdır. Hətta daha sonradan edilən araşdırmalarla bir çox növ daha kəşf edilmişdir, lakin hələ bunların həqiqiliyi diaqnoz edilməmişdir.



Sonra, günümüzdən 60 milyon il əvvəl Argochampsa adlı növ təkamülləşmişdir. Fosilləri Mərakeşdə tapılmışdır. Kəllə sümüyü 43.3 santimetr uzunluğundadır və uzun bir burun boşluğu var. Dişləri arasında da boşluqlar var.


Dövrümüzdən 56 milyon il qədər əvvəl təkamülləşən Eosuchus isə timsah təkamülündəki bir digər yaxın qohum növdür. Fransada və Amerikada fosillərinə rast gəlinmişdir. Bunların iki fərqli növü olduğu məlum olmuşdur. Olduqca sürətli bir şəkildə iki ayağı üzərinə qalxa bildiyi məlum olmuşdur.


Son olaraqsa, günümüzün qaviallarını da içərisində saxlayan Gavilaidae ailəsi təkamülləşmişdir. Bu ailənin içərisində 28 fərqli alt-növ təkamülləşmişdir, lakin çox təəssüf ki bunlardan yalnız biri - Gavialis gangeticus bu günə qədər həyatda qala bilmişdir. Bu növlərin hər birinin təkamül baxımdan əhəmiyyəti var, bu səbəbdən burada qısaca adlarına toxunmaq istəyirik:  

Eogavialis africanus
Eogavialis andrewsi
Gavialis gangeticus
Aktiogavialis puertoricensis
Gryposuchus neogaeus
Gryposuchus jessei
Gryposuchus colombianus
Gryposuchus croizati
Ikanogavialis gameroi
Ikanogavialis papuensis
Siquisiquesuchus venezuelensis
Piscogavialis jugaliperforatus
Hesperogavialis cruxenti
Kentisuchus toliapicus
Kentisuchus champsoides
Kentisuchus spencer
Gavialosuchus eggenburgensis
Gavialosuchus americanus
Gavialosuchus carolinensis
Paratomistoma courti
Thecachampsa antique
Thecachampsa americanus
Thecachampsa caroliensi
Rhamphosuchus crassidens
Tomistoma schlegelii
Tomistoma lusitanicum
Tomistoma cairense
Toyotamaphimeia machikanensis

C) Brevirostrelərin (Aligator və Timsahların) Təkamülü:

Eusuchia, yəni bütün timsahbənzərlərin əcdadından gələn qol ikiyə ayrılmışdır və biri yuxarıda açıqladığımız Gavialoidea'yı, digər qol isə alliqator və timsahların təkamülləşəcəyi qolu meydana gətirmişdir. Alliqator və timsahların cəminə Brevirostre kladı deyilir. Lakin bəhs etdiyimiz ayrılma reallaşdıqdan sonra, ortaq əcdaddan Brevirostrelərə gedən qoldakı ara növlərin də bəzilərini bilirik. Bunlardan bəhs edəcək olsaq: İlk olaraq, günümüzdən 67 milyon il qədər əvvəl təkamülləşən Borealsuchus Şimali Amerikada yaşayıb və 1997-ci ildə kəşf edilmişdir. Daha sonra edilən araşdırmalar sayəsində bu növə aid tam 5 fərqli alt-növ ortaya çıxarılmışdır:

Borealsuchus sternbergi
Borealsuchus actutidentatus
Borealsuchus formidabilis
Borealsuchus griffithi
Borealsuchus wilsoni

Bunun yalnız bir keçid qrupu olduğu düşünülsə, timsahların təkamülünə dair nə qədər fərqli növ bildiyimiz aydın ola bilər. Üstəlik əlimizdəki tək keçid növü bu deyil.

Daha sonradan, günümüzdən 55 milyon il qədər əvvəl təkamülləşən Pristichampsus növü də alliqator və timsahların əcdadından günümüzdəki versiyalarına keçiddə əhəmiyyətli bir ara keçid vəzifəsi görür. Bu növə bir çox ad verilmişdir. Təxminən 3.5 metr olan bu növə aid 3 fərqli növ kəşf edilmişdir:  

Pristichampsus rollinatii
Pristichampsus vorax
Pristichampsus hengdongensis

Çox təəssüf ki bu ara növlərin heç birinə aid olan nümunələr günümüzə qədər qala bilməmişdir. Amma bu növlərə aid populyasiyadan təkamülləşən digər bir qrup, müasir alliqator və timsahlara gələn qolu, yəni Brevirostreləri meydana gətirmişdir.

D) Alligatoridea'nın Təkamülü:

Müasir alliqatorlara qədər gələn təkamül müddətindəki bir çox növü də kəşf etmiş oluruq. Bunlardan ən qədimlərindən biri, günümüzdən 85 milyon il qədər əvvəl təkamülləşən Leidyosuchus canadensis adlı növdür. Kəllə sümüyünün uzunluğunun təxminən 40 sm olduğu və orta boylu bir alliqatorbənzəri bir timsah olduğu məlumdur. Tam olaraq alliqator quruluşunda deyil. Leidyosuchus növünə aid 6 fərqli alt-növ kəşf edilibsə də, hələ də bunların həqiqiliyi test edilmədiyi üçün burada paylaşmırıq.


E) Crocodyloidea'nın Təkamülü:  

Son olaraq, alliqator və timsahlar 80 milyon il əvvəl ayrıldıqdan sonra, bir qol yuxarıda açıqladığımız alliqator və kaymanları, digər qol isə timsahları meydana gətirəcək proseslərə daxil olmuşdur.

Dövrümüzün timsahlarına gələnə qədər, 80 milyon ildə təkamülləşən bir çox ara növ var və biz bunların bir çoxunu bilirik: Bunlardan ilki, günümüzdən 65 milyon il qədər əvvəl təkamülləşən Prodiplocynodon Lang adlı növdür. 1892-ci ildə kəşf edilmişdir. Alliqator, yaxın qohumu Diplocynodon ilə birlikdə Eosen Avropasında yaşadığı güman edilir. Kəllə sümüyü qısa və üçbucaqvari formadadır. Göz çuxurları olduqca genişdir.


Daha sonra, günümüzdən 65.5-40.4 milyon il əvvəl təkamülləşən Asiatosuchus növü gəlir:


Bundan sonra gələn növ isə Brachyuranochampsa'dır. Son olaraq, günümüz timsahlarından əvvəlki bir digər pillə Harpacochampsa camfieldensis adlı bir növdür. Bu növ, günümüzdən 8 milyon il qədər əvvəl təkamülləşmiş və 5 milyon il qədər əvvəl yox olmuşdur. Müasir timsahların ən yaxın qohumlarından biridir.


F) Timsahların Təkamülündəki Əhəmiyyətli Ara Növlər:

Aşağıda xronoloji sıraya bağlı qalmadan, ad sırasına görə yuxarıda saymadığımız bəzi əhəmiyyətli keçid növlərini vermək istəyirik. Yuxarıdakı qısa Təkamül Ağacı'na sığmayan bir çox növ olduğundan bəhs etmişdik. Bunları burada bildirərək, timsahların son 200 milyon ildir davam edən təkamülünə dair nə qədər çox ara növ olduğunu göstərmək istəyirik:

Araripesuchus
Baurusuchus
Bernissartia
Champsosaurus
Dakosaurus
Diplocynodon
Goniopholis 
Gracilisuchus
Kaprosuchus
Mystriosuchus
Protosuchus
Quinkana
Rhamphosuchus
Sarcosuchus
Steneosaurus
Stomatosuchus
Terrestrisuchus

Tək bir canlı qrupuna aid bu qədər çox sayda ara növ və təkamülə aid əlaqə açıqlandıqdan sonra, ağıllarda hər hansı başqa bir sual işarəsi qalmayacağını düşünürük. Ümid edirik yazımız faydalı olmuşdur.
Yazını dostlarla bölüş

1 şərh var:

  1. Hər gün oxuduğum ən sevdiyim blog. Təşəkkürlər.

    ReplyDelete

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top