Əsasən ingilis dilli ölkələrdə "5 saniyə qanunu" çox məşhurdur: yerə düşmüş qidanı tez qaldırdıqda yemək olar. Başqa deyimlə, yerə düşmüş qida 5 saniyə ərzində qaldırıldıqda düşmüş hesab olunmur. Bu, daha çox insanlar arasında geniş yayılmış əfsanəyə bənzəyirdi, Aston Universitetindən olan alimlər isə qanuna elmi əsas qazandırdılar.
Birminqemdə yerləşən Aston Universitetindən olan tədqiqatçılar yerə düşmüş ərzaq nə qədər tez qaldırılsa,üzərində bir o qədər az bakteriya qala biləcəyini təsdiq etdilər.
"Döşəməyə düşmüş ərzaqdan istifadə etmək, bakteriya növlərindən asılı olaraq, müəyyən qədər risk daşıyır. Lakin apardığımız tədqiqat 5 saniyə qanunundan istifadə edən insanlara haqq qazandırır", - mikrobioloq Entoni Hilton qeyd edir.
Tədqiqatda xalça, parket və laminat kimi müxtəlif döşəmə səthləri üzərinə buterbrod, şirniyyat və makaronlar atıldı. Alimlər stafilokokk və e. coli kimi bakteriyaların hansı müddətə qida üzərinə keçdiklərini yoxladılar. Ərzaqların döşəmə üzərində qalma müddəti 3-30 saniyə arasında dəyişirdi. Nəticədə məlum oldu ki, qidanın mikroblarla zəhərlənməsi prosesində ən əsas faktor məhz zamandır. Alimlər hətta makaron və şirniyyat dilimi kimi yapışqan qidaların belə yerə düşdükdən sonra 5 saniyədən az bir müddət ərzində qaldırıldığında istifadə üçün təhlükəsiz ola biləcəyini qeyd etdilər. Ərzaq yerdə nə qədər uzun müddət qalırdısa, mikroblarla zəhərlənməsi riski bir o qədər artıq olurdu.
Həmçinin oxuyun:
Ən məşhur elmdən kənar əfsanələr
"Qədim misirlilər elektrik istifadə edirdilər" cəfəngiyyatı
Təkamül təlimi və Yaradılışçılıq
daha ətraflı...
Amerikalı alimlər insanın növbəti 3 il ərzində Altshaymer və digər neyrodegenerativ xəstəliklərdən əziyyət çəkib-çəkməyəcəyini dəqiq proqnozlaşdırmağın üsulunu kəşf ediblər. Bu tapıntı xəstələrin intellektual və bioloji həyatlarını uzatmağa kömək edə bilər.
Corctaun Universitetindən olan Hovard Federoff və həmkarları beş illik tədqiqatların nəticəsi olaraq Altshaymer xəstəliyinin ilk simptomlarının meydana gəlməsini hələ 3 il əvvəldən proqnozlaşdırmağın üsulunu öyrəniblər. Tədqiqatda 70 yaşdan yuxarı 500-dən artıq kişi iştirak edib. Tədqiqatçılar davamlı olaraq onların qan nümunələrini toplayaraq neyrodegenerativ gərginliklərin yaranıb-yaranmadığını yoxladılar.
Araşdırmaların ilk 3 ilində alimlər kifayət qədər məlumat əldə edərək, bunları yaddaşı güclü olaraq qalmış və Altshaymerə tutulmuş yaşlı kişilərinki ilə müqayisə etdilər. Nəticədə on fosfolipid (fosfor və yağ birləşmələri) ayırd edildi, hansılar ki neyrodegenerativ xəstəliklərin inkişafı ilə əlaqələndirilir.
Növbəti 2 tədqiqat ili ərzində isə alimlər bu birləşmələrə xəstəliyin ilk simptomlarının yaranmasından əvvəl insanların qanlarında rast gəlinib-gəlinmədiyini və bunun nə vaxt baş verdiyini aydınlaşdırmaq qərarına gəldilər. Nəticələr göstərdi ki, əksər insanlarda xəstəliyin inkişaf edəcəyini 3 il əvvəldən proqnozlaşdırmaq mümkündür. Alimlər yaxın gələcəkdə bir çox neyrodegenerativ xəstəlikləri əvvəldən proqnozlaşdırmağın və müalicə etməyin mümkün olacağını qeyd edirlər.
Həmçinin oxuyun:
Altshaymerin mənşəyi tapıldı
Yaşlanma prosesi dal-dalı getdi
Bakteriyaların bütöv genomu yenidən kodlaşdırıldı
daha ətraflı...
Geoloqların apardığı yeni bir tədqiqatın nəticələrinə görə təxminən 65,5 milyon il əvvəl Yer canlılarının nəslinin kəsilməsinə səbəb olan katastrofik hadisə olan asteroid düşməsindən sonra atmosferə kükürd birləşmələrinin atılması ilə okeanların ani turşulaşması baş verə bilərdi. Bu da kütləvi nəsil kəsilmələrinin niyə həm suda, həm quruda baş verdiyini - çoxlu sayda dəniz sürünənləri, onurğalı-onurğasız və ammonit molyuskaları məhvini izah edə bilər.
Çiba Texnoloji Universitetindən (Yaponiya) olan Sosuke Ono və həmkarları Mərkəzi Amerikada yerləşən Yukatan yarımadasındaki Çiksulub kraterinin qayalıqlarının kimyəvi tərkibini araşdırdıqdan sonra belə qənaətə gəliblər. Onlar, Çiksulub qayalıqları fraqmentləri ilə mini-asteroidləri toqquşdurduqdan sonra böyük miqdarda SO3 və digər birləşmələrin ayrıldığını aydınlaşdırdılar, hansılar ki qədim Yer okeanına qarışdıqda onu kifayət qədər turşulaşdıra və bir çox canlının nəslinin kəsilməsinə səbəb ola bilərdi.
Alimlərin dediyinə görə, bu təcrübə mal-paleogen nəsil kəsilmələrində "kükürd faktorunun" əsas səbəblərdən biri olduğunu sübut edir.
Həmçinin oxuyun:
Kometlər "amin turşusu fabrikləri" ola bilər
Dinozavrların "qatili" həyatı kosmosa yaydı
Marsa aid ən qədim meteoritlər
daha ətraflı...
Finlandiya və Estoniyadan olan alimlərin iddialarına görə, sadə qan analizi ilə insanın növbəti 5 il ərzində ölüm riskini proqnozlaşdırmaq mümkündür. Plos Medicine jurnalında dərc olunan məqaləyə əsasən, tədqiqatçılar qəfil ölüm riski ilə dörd biomarker - albumin, alfa-1 turş qlikoprotein, sitrat və aşağı sıxlıqlı lipoproteid arasındakı əlaqəni müəyyən etməyə nail olublar.
Araşdırmada heç bir xəstəliyi olmayan 17000 insanın qanlarındakı 100 fərqli biomolekul yoxlanılmış və bu insanlar 5 il ərzində nəzarətdə saxlanılmışdır. Nəzarət müddətində onlardan 700-ü müxtəlif xəstəliklərdən ölmüşdür. Ölənlərin hamısında 4 biomarkerin oxşar səviyyədə olduğu müəyyənləşmişdir.
Bu araşdırma nəticəsində çox sayda insanın həyatını xilas etməyin mümkün olacağı düşünülür.
Həmçinin oxuyun:
Gözdə əks olunan sifətləri tanıya bilərik
Ruhları biz yox, beynimiz görür
İlk avtonom süni ürək köçürüldü
daha ətraflı...
Kliniki eksperimentlər insanda immunçatışmazlığı virusuna (İİV) qarşı gen terapiyası effektivliyini təsdiq etdi. Bunun üçün sadəcə immun hüceyrələrindəki genlərdən birinin fəaliyyətini dəqiqliklə dayandırmaq kifayətdir.
"Bunu "berlin pasienti" Timoti Braun'un dövründən bəri QİÇS-in müalicəsindəki ilk ciddi sıcrayış adlandırmaq olar", - Kaliforniya Universitetindən olan bioloq John Rossi qeyd edir.
Bioloq 2008-ci ilin, hətta bəlkə bütün dövrlərin ən məşhur tibbi hadisəsini xatırladır. Həmin vaxt Braun üzərində eksperimental kök hüceyrə terapiyası uğurla aparılmışdı. Ona, mutasiyaya uğramış CCR5 geni olan donordan hematopoetik hüceyrələr transplantasiya edilmişdi. Onların kodlaşdırdığı zülal İİV-nin insanın t-limfositlərinə yoluxmasında maneə meydana gətirir. CCR5 çatışmazlığı olan insan isə bu prosesdə İİV-yə qarşı güclü müqavimət qazanmış olur. Braun, ona tətbiq edilmiş antivirus terapiyasından sonra uğurla sağaldılmışdı.
Buna baxmayaraq kök hüceyrələri ilə terapiya üsulu əksər İİV-yə yoluxmuş insanlar üçün əlverişsizdir. Bu, ağır invaziv prosedurdur və donor hüceyrələrin ayrılma riski yenə də yüksək olaraq qalır. Elə isə mutasiyalı CCR5-i xəstənin öz hüceyrələrinə əlavə etdikdə üstünlüyünü necə qoruyub saxlamaq olar? Alimlərdən ibarət bir beynəlxalq qrup bu mutasiyanı birbaşa orada istifadə etmək qərarına gəldi.
Nature jurnalında dərc edilən məqalədə infeksiyanı nəzarət altında saxlamaq üçün davamlı antiretrovirus vasitələri qəbul edən 12 könüllü İİV xəstəsi üzərində aparılmış tədqiqatdan bəhs edilir. Könüllülərin qanlarından İİV-nin məhv etdiyi immun limfosit-hüceyələri ayırd edildi və "zink barmaqlar" (zinc finger) fermentləri ilə müalicə edildi, hansılar ki DNT ilə verilmiş hissədə birləşərək müvafiq genin aktivliyini nizamlayır. Effekti əhəmiyyətli oldu: xəstələrin qanlarındaki T-limfositlərin səviyyəsi artdı, bu da virusun yoluxma və məhv etmə bacarığının sürətlə azaldığından xəbər verir.
Nəticələr aydın olduqdan sonra tədqiqatda iştirak edən xəstələrin yarısına antiretrovirus preparatları qəbulu dayandırıldı, qandaki T-limfositləri və virus hissəcikləri məzmununun izlənilməsi prosesi isə davam etdirildi. Hətta bu vəziyyətdə belə İİV səviyyəsi daha zəif artır və limfosit səviyyəsi növbəti bir neçə həftə ərzində yüksək olaraq qalırdı. Başqa deyimlə, virus tərəfindən məhv edilməyən mutasiyalı limfositlər özlərini xəstələrin orqanizmində çox yaxşı hiss edirdilər. Alimlər xoşagəlməz qoxudan başqa heç bir əlavə təsirin meydana gəlmədiyini qeyd etdilər.
Həmçinin oxuyun:
Marixuana immun sistemini İİV-dən qoruyur
Yaşlanma prosesi dal-dalı getdi
Təkamülü sürətləndirən mexanizm tapıldı
daha ətraflı...
Avstraliyalı alimlər əsl beyində baş verən bütün prosesləri təqlid edə biləcək bionik beyin hazırlamağı planlaşdırır. Dövlət tədqiqat mərkəzinin inkişafına 250 milyon dollar ayırsa, 10 il davam edəcək tədqiqat layihəsinin nəticəsi olaraq bionik beyinlər istehsal etmək mümkün olacaq.
Alimlər ilk bionik beyni hazırlamaq niyyətindədirlər. Bionik beyin əsl beyində baş verən prosesləri təqlid etməklə yanaşı, həm də müxtəlif xəstəliklərin yaranmasının səbəblərini daha yaxşı anlamaq üstünlüyü təmin edəcək.
Ekspertlərin hesablamalarına görə bionik beyin layihəsi 250 milyon dollara başa gələcək. Elmlər Akademiyasının qurduğu Beyin Mərkəzi üzvləri müxtəlif sahələrdən olan mütəxəssisləri bu layihə ətrafında toplamağın zəruri olduğunu deyirlər.
Daha əvvəl Avstriya Elmlər Akademiyasının Molekulyar Biotexnologiyalar İnstitutundan olan alimlər kök hüceyrələrindən neyron və digər hüceyrələrdən ibarət struktur yetişdirməyə nail olmuşdular. Əldə edilən struktur faktiki olaraq dərmanların test edilməsi üçün yararlı insan beyni idi.
Avstraliya Milli Universitetindən olan Vincent Daria'nın sözlərinə görə, beyin modelləşdirilməsi layihəsini yenidən qiymətləndirmək mümkün deyil, çünki beyin ən vacib orqandır.
"Belə bir modelin hazırlanması Parkinson, demensiya, posttravmatik sindrom və digər bir neçə xəstəliyin səbəblərini daha yaxşı anlamağımızı təmin edəcək", - tədqiqata başçılıq edəcək Bob Williamson qeyd edir.
Bionik beyin psixiki xəstəliklərlə bağlı tədqiqatlar aparmaq və beyin travmalarını sağaltmaq, həmçinin əvvəldən onların qarşısını almaq üçün əsas vasitə hesab edilir.
Həmçinin oxuyun:
Altshaymerin mənşəyi tapıldı
Seks beyin fəaliyyətini gücləndirir
Kişi və qadın beyni arasında fərq tapıldı
daha ətraflı...
Alimlər Yer qabığının ən qədim parçası - 4,4 milyard yaşı olan sirkon kristalını kəşf etdilər. Mavi rəngli bu kristalın kəşfi, Nature Geoscience jurnalında qeyd edildiyi kimi, alimlərin planetin necə soyuyub həyata yararlı hala gəldiyi haqqındakı fikirlərini təsdiqləyir.
Bu göstərir ki, Yer 4,6 milyard il əvvəl meydana gəlməsindən sonra bərk qabığa, əvvəl hesab ediləndən daha qısa müddət sonra, Ayı meydana gətirdiyi düşünülən Mars böyüklüyündə bir cismlə toqquşmasından yalnız bir neçə on milyon il sonra sahib olmuşdur. Bundan əvvəl Yerin ərimiş maqmadan ibarət qaynar bir top halında olduğu ehtimal olunur. Lakin səthinin bu qədər erkən bərkləşməsi məlumatı planetimizin həyata əlverişli hala olduqca erkən dövrdə gəldiyi fikrini doğurur.
Həmçinin oxuyun:
Ən məşhur elmdən kənar əfsanələr
Kimyəvi Təkamül: Canlılıq və Cansızlıq anlayışları
Nanomühərriklər canlı hüceyrə içərisində işlədi
daha ətraflı...