May 15, 2013

30 dəqiqə ərzində nəfəs almadan yaşaya biləcəyik

Boston Uşaq Xəstəxanasında təcrübələr aparan bir tədqiqat qrupu, qan axışına oksigen əlavə edilməsini təmin edən bir mikro hissəcik inkişaf etdiməyə nail oldu. Kəşf sayəsində, insanların ağciyərlərindəki havanı istehlak etmək, yəni tənəffüs etmədən oksigen ehtiyacını qarşılaya bilmək yolunda böyük addım atılmış oldu.

TechWench saytının yaydığı xəbərə görə, tənəffüs çatışmamazlığından ölüm təhlükəsi yaşayan xəstələr ən az 30 dəqiqə boyunca həyatda qala biləcəklər. Bu müddət, tənəffüs çatışmamazlığı səbəbiylə meydana gələn infarkt üçün kafi hesab edilir. 

Qana oksigen əlavə edə bilən yeni mikro hissəcik, qırmızı qan hüceyrələrinə nisbətdə üç-dörd qat daha çox oksigen daşıyır. Oksigen, yağdan çıxarılan hüceyrə divarını təmsil edən hissəcikdə yığılır. Hüceyrə divarının yağdan olması, əvvəllər müxtəlif materiallardan yaradılan hissəciklərlə müqayisədə, elastikliyi sayəsində qanın kapilyar damarlarda dayanmamağını, dövr etməsini təmin edir. 

Prof. John Kheir'in başında durduğu tədqiqat qrupu, tibb sahəsində yeni cığır aça biləcək kəşfi tənəffüs çatışmamazlığı çəkən gənc bir xəstəni itirmələrindən sonra həyata keçirdi. Sətəlcəm olan gənc qız, ağciyərləri qanla dolmağa başladıqdan sonra müdaxilə edilə biləcək kifayət qədər vaxt olmadığı üçün ani ürək dayanması nəticəsində həyatını itirdi. 

Elm adamları, qana oksigen köçürmə üsulunun tibbdən başqa hərbi və digər sahələrdə də istifadə edilə biləcəyini bildirdilər. Bu kəşf gələcəkdə sualtı dalğıcların 30 dəqiqə ərzində quruya çıxmadan yaşamağını təmin edə biləcək.

Qaynaq: ntvmsnbc
Yazını dostlarla bölüş

1 şərh var:

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top