Bu gün seks haqda nəinki yazırlar, onu həm də internetdə nümayiş etdirir və insanları onunla məşğul olmağa çağırırlar. İntimə artıq heç kəs "müqəddəs" münasibəti göstərmir. Bəlkə də bu səbəbdən seks və sevgi iki fərqli qütbə ayrılıb. "Həqiqi sevgi" hələlik müasir texnologiyaların təsiri altına tam düşməyib, seks haqda isə eyni sözləri deyə bilməyəcəyik. Gəlin müasir texnologiyalara və seks prototiplərinə baxıb, onun gələcəkdə necə bir forma alacağını təsəvvür etməyə cəhd edək.
Gender və seksual oriyentasiya
Qərb insanı artıq fərdin gender və seksual oriyentasiyasının doğuşdan təyin edilmədiyinə əmin olub. Bu gün insanların əməliyyatlara üz tutaraq cinslərini dəyişdirməsi, demək olar ki, daha heç kəsi maraqlandırmır. Bundan başqa bir çox transseksuallar skeptiklərə, cinslərini dəyişdirdikdən sonra öz həyatlarının necə yaxşı istiqamətə doğru çevrildiyini sübut etmək üçün qəhrəmancasına maarifləndirmə işləri aparırlar. Bunun ən parlaq nümunəsi Matrix trilogiyasını və Dumanlı Atlas (Cloud Atlas) filmini öz qardaşı Endi ilə birlikdə yaradan Lana Vaçovskidir.
Bir müddət əvvəl Almaniya üçüncü cinsin olduğunu qəbul edən ilk Avropa ölkəsi oldu. Yəni, valideynlər uşağın cinsini dəqiqləşdirdikdə "qeyri-müəyyən" variantını da seçə bilərlər. Uşaq böyüdükdə isə özünü istənilən cinsə aid edə bilər. Bu qanun əsasən hormonları və reproduktiv orqanları bir cinsə 100% aid olmayanlar üçün aktual olacaq.
Dünyanın bir çox ölkələrində homoseksualizm dövlət səviyyəsində qəbul edilir. Bununla yanaşı Facebook, Microsoft, Apple və Intel kimi iri texnoloji resurlar da həmcinslərin nigahını dəstəklədiklərini bildirərək, homoseksuallar və transseksualların cəmiyyətin bərabər hüquqlu nümayəndələri olduğunun qəbul edilməsi prosesini sürətləndirirlər.
İnteraktiv porno-oyunlar
Hazırki texniki imkanların səviyyəsini nəzərə alaraq, taktil (sensor) hissləri və qoxuları doğuran və onları birbaşa beynə ötürən kamera və geyimlərin tezliklə reallığa çevriləcəyini deyə bilərik. Ələxsus bununla əlaqəli texnologiyalar artıq mövcuddur. Misal üçün, bu yaxınlarda yarıçılpaq modellər üzərində təqdimatı baş tutmuş Oculus Rift kaskasının bacarıqları, yumşaq dildə desək, heyrətləndirir. Onları insanlardan ayırmaq, demək olar ki, mümkün deyildi. Kaskanın Xbox Kinect-in hərəkətləri kimi fiksə edən qurğularla bağlantısı sayəsində interaktiv porno-oyunlara dalmaq mümkün olur.
Seks və kompüter oyunları
Virtual reallıq texnologiyalarının inkişafı ilə seks kompüter oyunlarının ayrılmaz hissəsinə çevrilə bilər. Oyunçular həm digər istifadəçilərlə, həm də xəyali personajlarla seksual əlaqə yaşaya bilərlər.
Hazırda Yaponiya və Koreyada "virtual partnyorlar" olduqca populyardır, hansılar ki istifadəçi ilə birbaşa əlaqə yarada bilməsələr də, hərəkətlərə reaksiya verə bilirlər. "Ağıl xalları" bağlantısı və hərəkət detektoru köməyilə bir yapon entuziast öz yanında yapon vokaloidi Xatsune Mikunu yarada bilib. Çəkdiyi videoda istifadəçinin sığallama və zərbələrinə personajın reaksiya verdiyini görmək olar.
Virtual oyunun real həyata təsiri bəzən absurd səviyyəyə çatır. Nümunə olaraq, Second Life virtual aləmi istifadəçilərinin evləndiyi, orgiyalarda iştirak etdiyi və hətta real həyartda yad avatarlara qısqanclıq səbəbindən boşandıqları kimi hadisələri qeyd etmək olar.
Robotlar bizi əvəz edir
Süni intellektin, realistik materilların və çevik parametr təyinedilməsinin təkmilləşdirilməsi ilə yaxın gələcəkdə robotlar istifadəçilərin bütün ehtiyaclarını qarşılaya biləcəklər. Bununla da onlar, seks-industriya sahəsi işçilərinin müəyyən hissəsini əvəz edəcəklər. ABŞ-da dünyada ilk dəfə olaraq seks üçün planlaşdırılmış androidlər satışa buraxılıb. Virtual reallıq qurğusu köməyilə robotların xarici görünüşünü dəyişmək mümkün olacaq. Yaponlar artıq mexaniki siluetin prototipini nümayiş etdiriblər, hansının ki üzərinə animasiyalaşdırılmış qız holoqramı yüklənib. Bundan başqa, Lars fon Triyerin "Nimfoman" filminin pornoqrafik səhnələrinin çəkilişi üçün aktyorların sifətini onları əvəz dublyorların vücuduna ötürən texnologiyadan yararlanılıb.
Süni intellekt üzərində çalışan mütəxəssislər əmindirlər ki, insanlar 2050-ci illərdən virtual reallıqdan yararlanmadan robotlara aşiq olacaq, onlarla ailə quracaq və onlara öz həqiqi yoldaşları kimi münasibət göstərə biləcəklər.
Məsafə seks üçün maneə deyil
Çox yaxın zamanda insanların, bir-birlərinin ehtiyaclarını uzaq məsafədən qarşılayacaqlarını təmin edəcək qurğular hazırlana bilər. Məsələn, bu yaxınlarda Dure x kampaniyası hissiyatlı alt paltarların prototipini təqdim edib. Bu alt paltarlarının bəzi hissələri, oraya smartfondan siqnal ötürdükdə vibrasiya effekti meydana gətirir. Interaxon kampaniyası isə beyin dalğalarına reaksiya verə bilən ucuz (200$-dan aşağı) baş halqası istehsal etmək fikrindədir. Hiperrealistik Fleshlight simulyatoru sayəsində məsafə seksinin bu gün də mümkün ola biləcəyini vurğulamaq olar.
Küçələrdən ixtisaslaşdırılmış müəssisələrə
Yeni texnologiyaların yaranması ilə hətta Qərb ölkələrində seks-industriyası sahəsində çalışanlar daha rahat və təhlükəsiz iş şərtlərinə keçid ala biləcəklər. Onlar, kompüter şəbəkələri, onlayn reklam və şəxsi marketinq kimi imkanlardan yararlanaraq, vasitəçilərə ehtiyac duymadan öz karyeralarını yürüdəcəklər.
Orijinal məqalə buradadır
Həmçinin oxuyun:
Seks beyin fəaliyyətini gücləndirir
Seks üçün iki ayaq üzərinə qalxdıq?
Üç valideyndən olan uşaqlar gəlir