April 29, 2013

Kimyəvi Təkamül: Canlılıq və Cansızlıq anlayışları

Təkamül Nəzəriyyəsini araşdıran hər bir insan, bu araşdırmalarının bir nöqtəsində mütləq olaraq, "ən başa getmə" marağından irəli gələrək, özünü canlılığın başlanğıcına, ilk canlının meydana gəldiyi nöqtəyə çatmış bir vəziyyətdə tapacaqdır. Bu nöqtədə fikirlər qarışacaq və Təkamül tam olaraq aydın olmuş olsa belə "ilk canlı"nın necə əmələ gəlməsi cavabsız qalırmış kimi doğru olmayan düşüncələr yaranacaqdır. Halbuki elm, hələ də üzərində müzakirə aparmaqla bərabər, canlılığın başlanğıcı sualına olduqca dəqiq, elmi məntiq və şübhə sərhədləri daxilində təminedici cavablar tapmışdır. Bu cavablar,tam gözlənildiyi kimi, hər hansı bir fövqəltəbii qüvvəyə işarə etməməklə birlikdə, tam tərsinə əsrlərdir davam edən "üstünləşdirmə" marağımızı yerlə bir edən şəkildə, canlılığı adiləşdirməkdə və olduqca sadə anlayışlardan yola çıxaraq açıqlamaqdadır. Hətta artıq müasir elm, anlamaq asanlığı məqsədiylə istifadə edilməsi istisna olmaqla, elmi olaraq "canlılıq" və "cansızlıq" anlayışlarını bir-birindən ayırmayaraq bir yerdə istifadə edir. Yəni bu gün artıq "canlı" ya da "cansız" deyə bir ayrıseçkilikdən, heç olmasa elmi olaraq, bəhs edilmir. Gündəlik istifadədə hələ də müəyyən tip varlıqları ifadə etmək məqsədiylə bu sözlərə yer verilir; ancaq ana mövzu əgər "canlılıq anlayışı" olacaqdırsa, bioloqların çoxu canlılıq ilə cansızlıq arasında bir ayrıseçkiliyə getməkdən uzaq dayanırlar.

Unutmamaq lazımdır ki əslində canlılığın başlanğıcı, Təkamül Nəzəriyyəsinin maraq dairəsində deyil! Təkamül Nəzəriyyəsi, canlılığın "hər hansı bir şəkildə" başlamasından sonra, müxtəlif növlərə necə ayırıldığı ilə maraqlanır. Canlılığın ilk başlanğıcı ilə maraqlanan elm sahələri isə Abiogenez və Panspermiya Nəzəriyyələridir. Əlbəttə ki, Kainatdakı hər şey kimi, canlılığın başlanğıcı da elmi bir perspektivdən ələ alınmalıdır. Çünki ən kiçik bir şübhəmiz yoxdur ki, Kainatdakı hər şey kimi, canlılığın ilkin başlanğıcı da metafizik faktorlara ehtiyac olmadan, tamamilə təbii şərhlərlə izah edilə bilər. Bu yazıda, sizə bu izahlardan indiki vaxtda ən güclüsü olaraq qarşımıza çıxan Abiogenez Nəzəriyyəsindən, yəni "canlılığın", "cansızlıqdan" yaranması fikrini irəli sürən qanundan yola çıxaraq şərhlər verəcəyik. Abiogenez Nəzəriyyəsi,Təkamül Nəzəriyyəsinin məzmunu daxilində olmasa da, Təkamül qanunlarından (Təbii Seçmə kimi) istifadə edərək arqumentlər gətirməkdədir.

İndi isə sizlərə "canlılıq" dediyimiz hadisənin, "cansızlıq" olaraq adlandırdığımız formadan necə təkamülə uğradığını izah etməyə çalışacağıq. İnsanlar tərəfindən şişirdilmiş olan "canlılıq" anlayışının, əslində o qədər də xüsusi olmadığını və cansızlıqdan təkamülləşməsinin sanıldığı qədər çətin bir hadisə olmadığını görəcəksiniz. Eyni zamanda canlılıq ilə cansızlıq anlayışlarının bir-birindən tamamilə fərqsiz olduğunu göstərəcəyik.

Anlayışların həqiqi mənalarını öyrənə bilməyimiz həqiqətən çox əhəmiyyətlidir, çox təəssüf ki təhsil sistemimiz terminləri doğru bir şəkildə öyrətməkdən çəkinir. Bir çox anlayış, təhsil həyatımız boyunca səhv və "imtahana istiqamətli" formada öyrədilir. Amma elm, təhsil sistemimizin sandığından və bildiyindən daha çox irəlidədir. Bu səbəbdən bəzi düzəltmələr etməyimiz və ağıllarda yaradılan bəzi mənasız tabuları qırmağımız lazımdır. Bəlkə də, bu anlayışların ən başında "canlılıq" ilə "cansızlıq" ayrıseçkiliyi gəlir. Çünki "canlı" və "cansız" ayrı-seçkiliyini anlamaq, bəlkə də Biologiyanı anlaya bilmənin və Təkamül Biologiyasını qavraya bilmənin başında gəlir. Elə isə sözü daha çox uzatmadan başlayaq:

Əslində, heç bir şey elmi olaraq nə "canlı", nə də "cansız"dır. Bu yalnız, ədəbiyyat baxımından işləri asanlaşdırmaq, Biologiyanın sahəsini təyin etmək və anlama asanlığı təmin etmək məqsədiylə uydurulmuş və güclü dayağı olmayan bir faktdır. İnsanoğlu, ətrafına baxıb varlıqları təsnif etmək istəmiş və müəyyən xüsusiyyətlər daşıdığı üçün bəzi varlıqlara "canlı", bu xüsusiyyətləri daşımayan varlıqlara isə "cansız" demişdir. İnsanın tərifinə görə, bu canlı-cansız fərqinə səbəb olan müəyyən xüsusiyyətlər belə sıralana bilər:



1.Xarici qıcığa reaksiya vermə

2.Çoxalma

3.Böyümə və İnkişaf

4.Daxili Tarazlığı Qoruma (Homeostaz)

5.Müəyyən bir struktura sahib olma

6.Metabolik fəaliyyətləri reallaşdırma və enerji istehsalı

7.Uyğunlaşa bilmə (Adaptasiya)



Köhnə dövrlərə aid qaynaqlara görə bu xüsusiyyətlərin hamısına sahib olan varlıqlar "canlı", sahib olmayan varlıqlar isə "cansız" varlıqlardır. Bəzi qaynaqlar bunlardan yalnız ilk 4-ünü canlılıq əlaməti olaraq qəbul edir. Lakin uzun illərdir bu təyin etmə davamlı olaraq müzakirə edilmişdir və hələ də, azalmaqla birlikdə, müzakirə edilməyə davam etməkdədir. Çünki bəzi "cansız" olaraq görülən varlıqlar ciddi şəkildə "canlı" kimi görünən xüsusiyyətlərə sahibdirlər. Məsələn, viruslar və ya prionlar həmişə bu tərif üçün çıxılmaz vəziyyət yaratmışlar.

Əslində təməl olaraq, min illərdən bəri, insanlar yuxarıda ifadə etdiyimiz xüsusiyyətləri daşıyan varlıqlara bir "can" (insan üçün "ruh", digərləri üçün "can") lazım olduğunu düşünmüşdür. Bu anlayışlar o qədər uzun illərdir insanlara təsir edir ki, istər istifadə asanlığı, istərsə də aramıza yerləşmiş tabuların yıxılmasının çətinliyindən ötəri, insanlıq tarixinə görə nisbi olaraq çox yeni olan elm də bu anlayışları olduğu kimi istifadə edir.

Halbuki, müasir elm baxımından bu anlayışların (nə "can", nə də "ruh") heç bir etibarlılığı yoxdur. Biologiyanın dərinliklərinə enən elm adamları, əvvəl orqanlarımızı, sonra toxumalarımızı, sonra hüceyrələrimizi kəşf ediblər. Daha da dərinlərə endiyimizdə, hüceyrələrin içərisindəki az qala hər hadisəni müşahidə edə biləcək səviyyəyə gəlinmişdir. Və bu ölçüdə, varlıqlara baxdığımız zaman, bir canlı ilə cansızı ayırmaq qeyri-mümkündür. Çünki Kainatın özündə belə bir fərq yoxdur. Çünki ikisi də müəyyən kimyəvi reaksiyaların meydana gətirdiyi bir "tamdır". Bir dəmir, oksigenin olduğu uyğun bir mühitdə davamlı olaraq paslanır. Eyni oksigen, hüceyrələrimizin daxilində olan başqa bir kimyəvi maddə-karbohidratlarla reaksiyaya girərək enerji istehsalını təmin etməklə hüceyrənin "canlılığını" davam etdirir. Elə isə, dəmiri "cansız", hüceyrəni "canlı" edən nədir? İnsanlığın uydurduğu təriflər xaricində, heç bir şey. İkisi də, sıradan atomlar və molekullar yığınıdır. Tək fərq, bu kimyəvi reaksiyaların ("canlılar" içərisində reallaşırsa "biokimyəvi" reaksiyaların) cəmi, əgər içərisində olduğu ya da total şəkildə meydana gətirdiyi varlığa yuxarıda sadalanan müəyyən xüsusiyyətləri verirsə, o varlıq "canlı" olmaqdadır. Bu, insanın özünün uydurduğu əsassız (ancaq gündəlik ünsiyyətdə işə yarayan) bir sinifləndirmədir.

Bura qədər izah etdiklərimiz aydın ola bildisə, indi illərdir öyrəndiyimiz qəliblərə bir başqa zərbəni də, yuxarıda verdiyimiz və demək olar ki hər fərd (və hətta təhsil sistemimiz) tərəfindən mənimsənilən "canlılığın xüsusiyyətləri" maddələrinə endirmək istəyirik. İndi hər birinə tək-tək və mümkün olduqca qısaca baxaraq, böyük ölçüdə baxdığımızda canlılığın sözdə "müzakirə edilməz" qanunları olan bu maddələrin, molekulyar səviyyədə cansızlıqdan ayıra bilməyəcəyimizi göstərəcəyik:

1) Xarici qıcığa reaksiya vermə:

Bu, bəlkə də canlılıq tərifləri içində istifadə edilən ən mənasız maddədir. Çünki Kainatdakı bildiyimiz fizika qaydalarına tabe olan hər bir varlıq, xarici qıcığa reaksiya verir. Bu sadəcə "təsir-əks təsir qanunu"dur və 17-ci əsrdə Isaac Newton tərəfindən kəşf edilən bir gerçəkdir. "Bir topun yerə dəyib qalxdığı zaman topun reaksiyasıyla, bir insanın ani bir hərəkətə reaksiya verməsi birdirmi?" sualı sizə qəribə gələcək. Amma cavab sizi dahada heyrətləndirəcək: Bəli,birdir. Yalnız insanın vəziyyətində arada bir neçə vasitəçi iştirak edir. Belə ki:

Əlinizi sürətlə insanın üzünə toxundursanız, az qala eyni anda insan geriyə çəkiləcək və gözlərini yumacaqdır. Təsirə reaksiya bu şəkildə təyin olunur. Böyük ölçüdə araşdırdığımızda, bunun həqiqətən də bir topun yerə dəyib qalxmasından olduqca fərqli olduğunu düşünərik. Sanki bir "şüur", xüsusilə o təsirdən qaçırmış kimi hiss edərik. Halbuki bu son dərəcə "cansız" bir hadisədir. Təsir (məsələn toxunan əl) üzə doğru yaxınlaşarkən, ələ çarpan "cansız" işıq fotonları gözə işıq sürətilə çatır və qırılaraq işığa həssas hüceyrələr üzərinə düşürlər. Bu fotonların hər birinin fərqli bucaqlarda, fərqli hüceyrələrə düşməsi, bu hüceyrələrdə fərqli dəyişmələrə səbəb olur. Bu dəyişmələr, bəzi kimyəvi maddələrin tutulmasından ibarətdir. Ancaq bu kimyəvi maddələrin dəyişməsi eyni zamanda bu hüceyrələrə bağlı olan sinir hüceyrələri üzərində hərəkət potensialı deyilən elektrokimyəvi (və tamamilə "cansız") pulslar meydana gətirir. Bu elektrokimyəvi pulslar, olduqca yüksək sürətdə beynə çatdırılır. Beyin, gələn fərqli "puls kodları" (hər biri fərqli şiddətdəki pulslar, sanki Morze əlifbası kimi beynə məlumat çatdırırlar) beyində olan sinir və qliya hüceyrələrində fərqli biokimyəvi reaksiyaların meydana gəlməsinə səbəb olur. Bu reaksiyalar da "cansız" olan kimyəvi dəyişmələrdir. Sadəcə, elektrokimyəvi pulsların fərqli şiddət dəyərləri, fərqli kimyəvi reaksiyaların reallaşa bilməsini təmin edir. Bunların nəticəsində yaranan kimyəvi məhsullar, "təsir"ə qarşı "reaksiya" meydana gətirir. Yəni bu reaksiya, sadəcə yeni bir elektrokimyəvi pulsun əmələ gəlməsidir. Bu puls, eyni sürətlə lazımlı əzələlərə göndərilir (hansı əzələyə gedəcəyinin təyin olunması da oldiqca "cansız" bir hadisədir, beynin qıcıqlanan bölgələrində çıxarılan reaksiyaların formalarına görə fərqli sinir yolları izlənilir) və bu əzələlərdə müəyyən biokimyəvi dəyişmələr reallaşır (bəzi ionlar hüceyrə içinə girir, bəziləri çölə çıxır). Bu səbəbdən gözlərimiz sürətlə bağlanır, bədənimiz geri çəkilir. Beləliklə bütün təsir-əks təsir hadisələri bu qədər "cansız" bir hadisədir.

Digər tərəfdən, topun yerə düşüb qalxması hadisəsi də, bizim düşünüb əhəmiyyətsiz hesab etdiyimiz qədər sadə bir hadisə deyil. Ya da yuxarıdakından çox da bəsit proses deyil. Klassik Fizika baxımından düşünsək top, yerə düşdüyündə "çırpılır" və müəyyən bir qüvvənin təsiri altında geri qayıdır. Halbuki iş bundan ibarət deyil. Kvant Mexanikası sayəsində hər şeyi atom yığını olaraq düşünməyimiz lazım olduğunu bilirik. Bu səbəbdən top, müəyyən tip atomları bir yerdə saxlayan bir yığındır. Yer də, bənzər şəkildə çox müxtəlif atomları saxlayan nəhəng bir yığındır. Bu iki atom yığını qarşılaşmadan əvvəl və qarşılaşma reallaşana qədər bir-birlərini çəkirlər. Lakin atomlar kifayət qədər bir-birinə yaxınlaşdığında, yəni "çırpılma" hadisəsi reallaşdığında, əslində çarpma atom ölçüsündə tək bir nöqtədə deyil; nəhəng bir həcmdə olur. Bu həcmdə atomlar bir-birinin içərisinə girirlər və topun bir qisimi ilə yer "bir" olur. Bu birlik nəticəsində, atomun daxilində, nüvə ətrafında dolanan elektronlar bir-birlərinə çox yaxınlaşdıqlarından, sürətli bir itələmə qüvvəsi meydana gəlir və elektronlar bir-birlərini itələyirlər. Və bir nöqtədə, elektronların bir-birini itələmə qüvvəsi atomlararası cazibə qüvvəsindən üstün olaraq topun geriyə doğru atılmasına səbəb olur. Yəni bir topun yerə dəyib qalxması hadisəsi yuxarıdakı təsir-əks təsir reaksiyası kimi, o qədər də adi bir proses deyil.

Göründüyü kimi, atom səviyyəsində bir insanın təsirə verdiyi reaksiya ilə topun verdiyi reaksiya təməl olaraq bir-biriylə eynidir və hər ikisi olduqca çətin görünən, amma sadə qanunlarla açıqlana biləndir. Və hər ikisində də fövqəltəbii bir "ruh" ya da "can" görülmür.


2) Çoxalma:

Yuxarıdakı izahat anlaşıldısa, digərlərini modelləşdirmək olduqca asan olacaq. Bu səbəbdən bunları daha qısa olaraq keçməyə çalışacağıq.

Çoxalma (bu vəziyyətdə cinsi çoxalma nəzərdə tutulur amma qeyri-cinsi çoxalma da bənzərdir), bilindiyi kimi genetik materialın köçürüldüyü cinsi hüceyrələrin birləşməsi nəticəsində reallaşan hadisənin adıdır. Nəticədə, bu hadisəyə qatılan hər iki fərdin xüsusiyyətlərini daşıyan bir məhsul ortaya çıxır. Yaxşı bu hadisə, "cansız" pillələrlə açıqlana bilinməzmi? Əlbəttə ki açıqlana bilər.

"Hüceyrə" dediyimiz quruluş, içərisində saysız kimyəvi proseslərin baş verdiyi bir fabrik kimidir. Bu reaksiyalar nəticəsində bir çox məhsul və dəyişiklik meydana gəlir. Və hüceyrə, canlılığın təməl quruluş vahidi hesab olunur. Ancaq necə ki, içərisində nə qədər mürəkkəb proseslər olursa olsun bir fabrikə "canlı" demiriksə, hüceyrəyə də hər hansı bir maddədən üstün ya da fərqliymiş kimi baxmaq müasir bir yanaşma olmayacaq. Çünki hüceyrəni hüceyrə edən bütün reaksiyalar, eynilə dəmirin yanması kimi "cansız" reaksiyalardır və elə bir reaksiya yoxdur ki, dəmirin yanmasından fərqli bir şəkildə reallaşsın. Əgər elədirsə, hüceyrənin "canlılığı" haradan başlayır? Heç bir yerdən. Dediyimiz kimi bu "canlılıq" iddiası, tamamilə insan uydurması bir iddia, bir oxşatma, bir kateqoriyadır.

Bu hüceyrələr, müəyyən kimyəvi reaksiyaların təsiri altında bölünürlər. Bu bölünmə əməliyyatı da tamamilə biokimyəvi reaksiyaların idarə etdiyi bir hadisədir. Müəyyən bir böyüklüyə çatdıqda qeyri-cinsi hüceyrələr mitozla, əgər bir cinsi hüceyrədirsə,müəyyən hormonların təsiri altında cinsi yolla çoxalmaq məqsədiylə meyozla bölünürlər. Bu iki bölünmə arasındakı tək fərq, kimyəvi mərhələ fərqləridir. Nəticədə, cinsi çoxalma nəticəsində yaranan cinsi hüceyrə, məsələn spermatazoid, tamamilə kimyəvi kontrol nəticəsində, yumurta hüceyrənin ifraz etdiyi kimyəvi maddələrə doğru fiziki qüvvələrin təsiriylə "çəkilir" və yenə tamamilə kimyəvi reaksiyalarla, spermanın akrosomu əriyərək içərisindəki genləri yumurta hüceyrənin içərisinə köçürür. Yəni çoxalmanın da tək bir nöqtəsi belə kimyaüstü şəkildə ya da hər hansı bir xüsusi şəkildə reallaşmır.


3) Böyümə və İnkişaf:

Yuxarıda açıqladığımız kimi, mitoz yolla bölünən hüceyrələr xaricdən alınan maddələrlə böyüyərək sayca çoxalırlar. Bu hüceyrələrin bir yığın olaraq toplanması nəticəsində böyümə və inkişaf meydana gəlir. Hər iki hadisə genlər ilə nəzarət edilir. Bu genlərin oxunması və bu oxunma nəticəsində yaranan zülalların fəaliyyəti də tamamilə biyokimyəvi hadisədir. Burada da heç bir xüsusi vəziyyət yoxdur.

4) Daxili tarazlığı qoruma (Homeostaz):

Təməl olaraq bir varlığın, xarici amillərin təsirinə qarşı aktiv olaraq daxili bütünlüyünü qoruma xüsusiyyətinə deyilir. Bu prosesin də iş prinsipi əslində təsir-əks təsir hadisəsəsinin iş prinsipi ilə tamamilə eynidir. Təsir-əks təsir hadisəsi bəlli bir xüsusiyyət (məsələn refleks) əsasında, daxili tarazlığı qoruma isə ümumiyyətlə bir orqanizm səviyyəsində baş verir. Burada əhəmiyyətli bir məqam var və müasir "canlı" anlayışının tərif edilə bilməsi üçün bu maddə əhəmiyyət kəsb edir. Bura dolayısıyla yenidən qayıdacağıq. Ancaq indidən yadda saxlamalısınız ki,daxili tarazlığın təmin edilə bilməsinin də tək yolu cansız kimyəvi fəaliyyətlərdir.

5) Müəyyən Bir Struktura Sahib olma:

Bu anlayış da indiki vaxtda müasir təriflər vermək üçün istifadə edilməkdədir; lakin tək başına, bu şəkliylə heç bir məna ifadə etmir. Yuxarıdakı və ümumi olaraq keçərli qəbul edilən, ancaq xətalı olan tərifin problemi də bu maddələri bir-birinə davamlı olaraq bağlamaması və maddələri doğru seçməməsidir. Birazdan, yuxarıdakı 4-cü maddə ilə birlikdə buna təkrar dönəcəyik.


6) Metabolik Fəaliyyətləri Reallaşdırma:

Bu xüsusiyyət də təyin ediciliyi olmayan, olduqca sıravi, cansız reaksiyalar silsiləsidir. Məsələn "həzm" dediyimiz proses sadəcə olaraq, qida dediyimiz kimyəvi maddələrin (məsələn nişastanın), müxtəlif kimyəvi fermentlərin təsiri altında daha kiçik hissəciklərə (məsələn qlükoza) bölünməsi və bu şəkildə hüceyrə içərisinə alınmasıdır. Və ya "tənəffüs" dediyimiz proses, eynilə dəmirin yanması kimi, həzm yoluyla əldə edilən qlükozanın oksigen ilə yandırılması deməkdir.


7) Adaptasiya:

Bunu canlılıq meyarları arasına əlavə etmək belə ciddi bir mübahisə mövzusudur. Çünki müəyyən bir seçmə amili olduğu müddətdə, hər bir varlıq istər istəməz "adaptə olmaq" məcburiyyətindədir. Bir qaya parçası, hal-hazırda olduğu mövqeyini qoruyarkən, bənzər bir qaya parçasının bütünlüyünü qoruya bilməyərək parçalanması, onun mühitə "adaptə olmadığı" fikirini ağıllara gətirməkdədir. Bənzər şəkildə, günümüzdəki canlılarının hamısı,olduqları mühitə müəyyən bir nisbətdə uyğunlaşa bildikləri üçün vardırlar; digərləri isə eynilə qaya kimi parçalanmış və bütünlüklərini itirmişlər. Bu baxımdan, adaptasiya yalnız canlılıq ilə məhdudlaşmayaraq, bu maddədə açıqladığımız bütün varlıqların Təkamülə tabe olduğu fikirinə dəstək verir. Lakin mövzumuz olmadığı üçün bu haqda danışmayacağıq.

Bu səbəbdən, yuxarıdakı maddələrə baxdığımızda,hər zaman "canlı" olaraq adlandırdığımız varlıqları bu şəkildə təyin etməyimizin səbəbi olan maddələrin heç birinin təklikdə canlılıq ilə bir əlaqəsi yoxdur. Yaxşı, əgər xüsusiyyətlərin özlərinin canlılıq ilə əlaqəsi yoxdursa, bunlara sahib olan varlıqlar, digər varlıqlardan necə fərqli ola bilərlər?


Müasir Canlı-Cansız Tərifi: Kimyəvi Təkamül

Bu nöqtədə, bir faktı görməyimiz şərtdir. Ətrafımızdakı bəzi varlıqlar, digərlərinə görə olduqca aktivdirlər və bütünlüklərini digərlərinə görə daha müvəffəqiyyətlə qoruya bilirlər. Yaxşı bu canlı-cansız fərqi üçün kafidirmi?

Xeyr! Müasir təyin etmədə belə canlı ilə cansızın özündə bir-biriylə tamamilə eyni olma gerçəyi yatır. Bu səbəbdən hansı tərif verilirsə verilsin, bu gerçək yaddan çıxarılmamalıdır. Canlı və cansızlar arasında heç bir fərq ola bilməz.

Lakin yenə də, ən başından bəri ifadə etdiyimiz kimi, istər anlatma asanlığı, istərsə də ətrafımızdakı varlıqların kateqoriyası üçün bir tərif lazımdır. Ancaq təkrar qeyd etsək, canlı ilə cansızı ayıran bir tərifin var olması çox da bir məna ifadə etmir. Son olaraq bura geri dönəcəyik amma varlıqlar arasında, bəlli bir xüsusiyyət xaricində heç bir fərq yoxdur.

Yaxşı müasir bir canlılıq tərifi necə verilməlidir?

Bunun üçün, ən başdan bəri insanların etdiyi kimi ətrafa baxmaq lazımdır. Ətrafımızda, bəzi varlıqların bütünlüklərini aktiv olaraq qoruya bildikləri və müəyyən, daha doğrusu nizamlı bir strukturları olduğunu görərik. Bunun xaricində, bu strukturlar daxilindəki heç bir xüsusiyyətin (reaksiya vermə, maddələr mübadiləsiyə sahib olma, vs.) yuxarıda qeyd etdiyimiz kimi digər hər hansı bir cansız hadisədən fərqsiz olduğunu görərik.

Yəni, bir sıra varlıq qrupu ətraflarında meydana gələn dəyişikliklərə qarşı aktiv olaraq cavab verə bilir. Bu varlıqlar daha yaxından araşdırıldıqlarında, əslində cansızlardan fərqli olmaqla birlikdə, aşağıdakı iki xüsusiyyətə sahib olduqları da görülür:


1) Struktur: Bu anlayışa bir çox fərqli baxımdan yanaşmaq mümkündür. Ancaq bu nöqtədə bizim maraqlandığımız struktur tipi, bütünlüyünü müəyyən bir səviyyəyə qədər qoruya bilən və xarici təsirlərə qarşı müəyyən bir səviyyəyə qədər dağılmayan bir strukturun olmasıdır. Kainatdakı hər varlıq, fərqli xüsusiyyətə malik təsirlər nəticəsində atomlara (və ya daha böyük hissəciklərə) ayrılacaqdır. Bu həqiqət də bizə hər varlığın özündə eyni olduğunu və canlı ilə cansız ayrıseçkiliyinin təbiətdə aşkar olunmadığını göstərməkdədir.


2) Fəaliyyət: Müəyyən bir səviyyəyə qədər stabil olan quruluş içərisində təməl olaraq iki məqsədə (həyatda qalmaq və çoxalmaq) xidmət edəcək müxtəlif fəaliyyətlərin nizamlı olaraq davam etdirilməsi deməkdir. Bu fəaliyyətlər, tamamilə biokimya əsaslı və texniki olaraq "cansız"dır. Bizlərin "canlı" tərifinin təyin oluna bilməsi üçün isə, strukturla birlikdə olmağı vacibdir.

Burada başa düşülməsi lazım olan ən əhəmiyyətli məsələ, yuxarıdakı iki faktın mütləq şəkildə bir yerdə olmasıdır. Əgər bu faktların ikisi də bir yerdə olmursa, o varlığı, bizim "canlı" deyəcəyimiz kateqoriyaya daxil etmək doğru olmayacaq.

Bir az analiz edərək misallar göstərək:

Qaya: Nəhəng bir qaya parçası düşünün. Bu qaya parçasının müəyyən bir strukturu var və bu struktur, müəyyən bir səviyyədəki qüvvələr xaricində olduqca sabit və dəyişməzdir. Yəni asan qırılmır, dağılmır, parçalanmaır. Bu xüsusiyyəti ilə qaya, canlılığın "struktur" meyarını təmin edir. Lakin bu struktur daxilində heç bir fəaliyyət yoxdur. Varlığını aktiv olaraq davam etdirməsinə imkan verəcək heç bir hadisə bünövrəsində reallaşmır. Bu baxımdan qaya, dəqiq bir şəkildə cansız varlıqdır.


Ağcaqanad: Digər tərəfdən kiçik bir ağcaqanad, müəyyən bir struktura malikdir və müəyyən bir səviyyəyə qədər qüvvələrə qarşı dayana bilir. Bu baxımdan, strukturu asanlıqla pozulmur və axtardığımız meyarı təmin edir. Eyni zamanda, strukturu daxilində davamlı olaraq həyatda qalma və çoxalma istiqamətli bir fəaliyyət reallaşır. Bu fəaliyyətin tamamilə cansız reaksiyalarla icra edilməsinə baxmayaraq, ən nəhayət həyatda qalma və çoxalma istiqamətlidir. Bu səbəbdən ağcaqanad, iki meyarımıza da uyğun gələrək canlı varlıq olduğunu göstərir.

Virus: Viruslar, çox uzun müddətdir ki canlı yoxsa cansız olduğu müzakirə edilməkdə olan, amma çox böyük nisbətdə "cansız" olduğu qəbul edilən varlıqlardır. Bizim verdiyimiz tərif daxilində, virusların canlı ola bilməyəcəyi asanlıqla anlaşılmaqdadır. Çünki virusların, bəlli bir hüceyrə xaricində varlıqlarını davam etdirərkən müəyyən bir strukturları daima vardır. Bir örtük içərisində, müvəqqəti olaraq işə yaramayan bir genetik maddə, davamlı olaraq bir tərəfdən digər tərəfə keçir. Ümumiyyətlə kristal (və dəqiq bir şəkildə cansız) quruluş içərisində hər hansı bir fəaliyyət olmadığı üçün (viruslar bir "ev" olmadan hər hansı bir fəaliyyət göstərə bilmirlər), virus ev çölündəykən cansızdır. Yaxşı bəs ev içərisindəykən? Bu dəfə də, virusun örtüyü, hüceyrənin xarici çəpərinə yapışır və genetik maddə hüceyrənin içərisinə axır. Bu genetik maddə (virusu təmsil etməkdədir), hər nə qədər artıq fəaliyyətə sahib olsa da, özünə aid bir struktura sahib deyil. Bu səbəbdən virus, hüceyrə daxilində də cansızdır. Buradan da aydın olur ki viruslar, "canlı olmağa çox yaxın olmalarına baxmayaraq hələ ola bilməmiş, cansız" varlıqlardır.


Yenidən təkrar etməkdə fayda görürük: Təbiətdə, əslində bir ayrı-seçkilik yoxdur! Bu sinifləndirməni insan növü olaraq biz, bir-birimizlə ünsiyyət qura bilmək və təbiətdəki varlıqları təsnif edə bilmək üçün yaratmışıq. Bu səbəbdən ümumi baxıldığında bir virus da, bir insan da cansızdır! Əgər ki bir gün bir kömür parçası, sinifləndirilə biləcək səviyyəyə çatacaq olsaydı (bu, hipotetik bir şərhdir), əmin olun ki bu sinifləndirmə üçün istifadə etdiyi prioritetlər, bizimkilərdən tamamilə fərqli olacaqdı. Ehtimalla almaz və qrafit imtiyazlı olacaq, digər quruluşlar ikinci planda qalacaqdı. Bizim sinifləndirməmizdə də canlılar ön plana alınmaqda, cansızlar ikincil planda tutulmaqdadır.

Yaxşı bəs niyə belə bir ayrı-seçkilik görürük? Və burada qarşımıza "kimyəvi təkamül" anlayışı çıxır.

Kimyəvi Təkamül, Təkamül Biologiyasının elmin və həyatın hər sahəsinə daxil olmasıyla birlikdə, elm adamlarının ortaya atdıqları son dərəcə həqiqi bir görüşdür. Bu görüşə görə, cansız varlıqlar da təkamül keçirir və fərqli təsirlər nəticəsində, fərqli varlıq qrupları meydana gəlir. Tək bir varlıq tipindən (maddədən və enerjidən), indiki vaxtda gördüyümüz "canlı" və "cansız" olaraq adlandırdığımız strukturların meydana gələ bilməsinin səbəbi, ən başda, məsələn Dünyanın meydana gəlməsi sonrasında bu varlıqların keçirdiyi fərqli kimyəvi təkamüllərdir.

Bu prizmadan baxıldığında, bədənimizdə olan karbon ilə kömür içərisində olan karbon bir-biriylə tamamilə eynidir. Yaxşı bəs niyə bizdəki karbondan ötəri biz "canlı" olarkən, kömür "canlı" ola bilmir? Bunu izah etməyin bir yolu yoxdur, çünki əslində arada bir fərq də yoxdur.

Lakin eyni karbona sahib varlıqların, bir-birindən bu qədər fərqli xüsusiyyətlərə sahib ola bilməsinin səbəbi, karbonun ən başlarda, Dünyanın meydana gəlməsindən sonrakı 600 milyon il içərisində, fərqli sahələrdə, fərqli şəkillərdə dəyişmiş olmasındadır. Məsələn, koaservatların (ən ilkin hüceyrə quruluşu) tərkibindəki karbon, günümüzə qədər gələcək Həyat Molekullarının təməlini meydana gətirərkən, torpağın altında yığılan karbon əvvəl kömürü və sonrasında almazı meydana gətirmişdir. Karbon əslində eyni karbondur, ancaq məhsul, çox uzun dəyişmələr nəticəsində tamamilə fərqli hal almışdır. Beləliklə kimyəvi təkamül bu fərqliliyi açıqlaya bilər.


Nəticə

Nəticə olaraq, canlılıq və cansızlıq yalnız təriflərdən ibarət olan, iki varlıq tipidir. Bu iki varlıq tipi, eynilə bütün canlıların ortaq bir atası olması kimi, bütün varlıqların ortaq atası olan və ümumiyyətlə (və əminliklə) "cansız" olaraq düşünülən maddədən təkamülləşmiş iki varlıq tipidir. Özlüyündə, ikisi də eyni cansız varlıqdan, maddədən (ya da enerjidən) meydana gəlir. Yalnız, həddindən artıq uzun sürən dəyişikliklər, onlar arasındakı bu dərin fərqləri doğurur. İndiki vaxtda, insanın qeyri-adi (!) olduğunu "düşünməmizi" təmin edən "düşüncə" belə, tamamilə cansız, elektrobiokimyəvi hadisələr zənciri ilə asanlıqla açıqlana bilər.

Təbiətdə, heç bir varlığın fövqəltəbii xüsusiyyətinə rast gəlinməmişdir və indiyə qədər ortaya atılan bütün fövqəltəbii iddialar, elmi gerçəklərlə düzəldilmiş və təsirsiz buraxılmışdır. Canlılıq və cansızlıq, hər nə qədər gündəlik həyatda sıxlıqla əks anlamlar kimi istifadə edilsə də, bir-biriylə tamamilə eyni quruluşa sahib olan, yalnız xüsusiləşmə və dəyişmə mövzusunda fərqliləşmiş olan varlıq tipləridir.

Bunu anlayan bir kəs, Darwinin həyəcan və heyranlıqla ifadə etdiyi bu həyat fikirindəki möhtəşəmliyi fərq edə biləcəkdir. Üstəlik bu möhtəşəmliyin gücünü artıran, bu həyat görüşünün təbiətdən və tam gerçəklərdən dəstək aldığının şahidi olacaqdır.
daha ətraflı...

Canlılığın Təkamülü: "Həyat Molekulları"

"Həyat Molekulları" nədir? Təməlləri, meydana gəlmələri, vəzifələri və Canlılıq mövzusundakı təsirləri nələrdir?

Bu yazımızda "Həyat Molekulları" dediyimiz kimyəvi maddələrin nə olduğundan və canlılıq üçün hansı əhəmiyyət daşıdığından bəhs etmək istəyirik. Daha sonra isə canlılığın cansızlıqdan necə təkamülləşə biləcəyini addım-addım araşdıracağıq. Ancaq buna keçmədən öncə genetik materialı meydana gətirən və sıravi bir başqa həyat molekulu olan nükleotidlərə və bunlardan ibarət olan DNT-yə xüsusi bir izahat təqdim edəcəyik.

Əvvəlcə, hər yazımızda israrla ifadə etdiyimiz kimi, bir daha təkrar etmək istəyirik, çünki bunu anlamağımız və ağlımızda kök atmış tabuları yıxmağımız şərtdir: Kainat daxilindəki hər şey atomlardan təşkil olunmuşdur. Bura bütün orqanlarımız, hüceyrələrimizdə istifadə edilən kimyəvi molekullar, hava, su, daş, torpaq, yəni hər bir şey daxildir. Bizi "canlı", bir daş parçasını "cansız" edən də atomlardır. Tək fərq, bizim bu gün "canlılar" olaraq adlandırdığımız varlıq qrupunun, "cansız" olaraq adlandırdıqlarımızın keçirmədikləri fərqli bir kimyəvi təkamülü keçirmiş olmalarıdır. Buna keçən yazımızda ətraflı şəkildə toxunmuşduq. İndi isə, "Həyat Molekulları" dediyimiz kimyəvi maddələrlə tanış olaq:

Həyat Molekulları, ya da digər bir adıyla üzvi molekullar canlılığın var ola bilməsi və varlığını davam etdirə bilməsi üçün lazım olan kimyəvi molekullardır. Təməl olaraq nükleotidlər, lipidlər, zülallar və karbohidratlar "həyat molekulları"dır. Bu molekulların hamısının ümumi formaları müəyyən mənada bənzər olsa da, funksiyaları kimyəvi və fiziki xüsusiyyətləriylə əlaqədar olaraq bir-birlərindən tamamilə fərqlidirlər. Bu fərqli xüsusiyyətlərin cəmi, bu gün bizlərin "canlı" olaraq adlandırdığımız varlıq formalarını meydana gətirir. Daha doğrusu, canlılıq üçün lazım olan fəaliyyət və struktur şərtlərinin etibarlı şəkildə qoruna bilməsi üçün bu kimyəvi maddələrdən ibarət olan bir quruluş və bu quruluşun davamlı olaraq sınaq-yanılma və kənarlaşdırma-seçmə mexanizmlərindən keçməsi lazımdır. Bu səbəbdən, hələlik bildiyimiz qədəriylə, bu molekullardan meydana gəlməyən bir varlığın canlılığın qanunlarını bir yerdə saxlaması o qədər də mümkün deyil. Bu hadisədə, molekulların sabit quruluşunun (reaksiyalar, radiaktivlik və digər kimyəvi xüsusiyyətlər baxımından) çox böyük əhəmiyyəti olduğunu unutmamaq lazımdır.

Bizi "canlı" edən molekullardan hansının ilk olaraq meydana gəldiyini dəqiqləşdirmək çox çətindir. Çünki ediləcək təxminlər, fərziyyədən kənara getməyəcək; bu meydana gəlmələrin əksəriyyəti təsadüfidir və tamamilə təbiət qanunlarına bağlı olaraq reallaşıblar. Lakin bu mövzuda ediləcək ən yaxşı təxmin, hamısının bir-birinə yaxın zamanlarda meydana gəlmiş olduğudur. Xüsusilə irsi məlumatı daşıma vəzifəsini üzərinə götürən nükleotidlər, enerji və struktur elementi olma mövzusunda əhəmiyyətli vəzifəsi olan karbohidratlar, tənzimləyici və sabitliyi təminedici funksiya daşıyan zülallar və elastiklik, qoruma və saxlama kimi xüsusiyyətlər daşıyan yağlar bir yerdə olduqları və çox uzun seçmə mexanizmlərindən keçdikləri müddətdə canlılığın meydana gəlməsində mühüm rol oynayıblar. Biz, hansı molekulun əvvəl meydana gəldiyini indiki vaxtda dəqiqləşdirə bilmədiyimizdən, hər hansı bir sıra gözləmədən hər birinə tək-tək toxunacağıq.

İndi, bu nöqtədə, "canlılıq" tərifinə yenidən nəzər salmaqda fayda var. Kimyada "üzvi molekullar"dan ,canlıları cansızlardan ayırmaq üçün istifadə edirlər. Canlılarda qeyri-üzvi molekullar da əlbəttə ki vardır, lakin canlı orqanzminin böyük bir qismi üzvi molekullardan meydana gəlmişdir. Yəni üzvi molekulların olması, bir varlığın "canlı" olaraq adlandırılması, heç olmasa canlılığı saxlamış ya da saxlamaqda olduğunu düşünmək üçün yaxşı bir səbəbdir. Yaxşı "üzvi molekullar" hansı atomlardan meydana gəlmişdir? Karbon, Hidrogen, Oksigen, Azot, Fosfor və Kükürd. Yəni bir canlıya "canlılıq" xüsusiyyəti verən molekulları meydana gətirən atomlar, tam da gözlənildiyi kimi periodik cədvəl üzərində olan adi elementlərdir. Bu da bizə canlılığın cansızlıqdan bir fərqi olmadığını yenidən göstərməkdədir.

Olduqca qəti olan bir həqiqət var: Təkamül çox vaxt sadədən mürəkkəbə doğru reallaşmaqdadır; çünki fizikaya əsaslanan enerji qanunları sabit şəkildə irəliləmək üçün bunu zəruri edirlər. Bunun əsas səbəbi Təkamülün yeni bir material "yarada bilməməsi" (yoxdan var edə bilməməsi ); ortada hal-hazırda var olan materialı dəyişdirərək istifadə etməsi lazımlılığıdır. Atomlar fizika qanunlarının təsiri altında, fərqli ekoloji şərtlərdə, fərqli şəkillərdə bir araya gələrək atomlardan daha mürəkkəb olan molekulları meydana gətirirlər. Daha sonra bu molekullar, yenə fərqli şəkillərdə birləşərək, daha "nəhəng" molekulu (böyüklük son dərəcə nisbi anlayışdır) meydana gətirirlər. Bunlar, təbiət qanunları altında bir növ "imtahana" tabe olunur ki, biz buna Təbii Seçmə deyirik. Ən uyğun quruluşda, mühitə ən dözümlüı və ən sabit olanlar parçalanmadan qalırlar. Digərləri isə müvazinətsiz olduqları üçün, digər molekul və atomların təsiriylə, radiasiya-istilik-işıq kimi fiziki faktorların təsiri altında parçalanıb dağılırlar. Və bu şəkildə, hər dəfə bir addım olmaqla, yalnız atomlardan yola çıxaraq, əvvəl mürəkkəb quruluşdakı kimyəvi molekullar, sonra isə 4 milyard il kimi nəhəng bir zaman kəsiyində, içərisində trilyonlarca hüceyrəni bir yerdə saxlaya bilən kompleks strukturlara doğru bir təkamül reallaşmışdır.

Bu səbəbdən zülal, yağ, karbohidrat və nükleotid molekulları meydana gəlmədən əvvəl, bunları əmələ gətirən daha kiçik, daha sadə quruluşlu elementlər yaranmalıdır. Daha da dərinlərə enərək bu molekulları meydana gətirən strukturlara baxsaq, gözlənildiyi kimi atomları görəcəyik. Daha da dərinlərdə atomlardan da kiçik hissəciklər vardır; ancaq bu mövzu bu yerdə bizi maraqlandırmır. Bilməyimiz lazım olan nöqtə, atomların bir araya gəlməsiylə müxtəlif növ molekulların meydana gələ bildiyi və bu molekullardan "Həyat Molekulları" olaraq adlandırılan bir qrupun bəzi varlıq formalarının "canlılıq xüsusiyyətləri" olaraq verdiyimiz xüsusiyyətlərə sahib olmalarını təmin etdikləridir.

İndi isə bu "həyat molekullarının" strukturlarına baxaq:

Qlükoza və fruktoza (meyvə şəkəri) canlılar üçün ən həyati əhəmiyyətə malik karbohidratlardır. Bu monosaxaridlər canlılarda müşahidə olunan bir çox mürəkkəb şəkər molekulunun (nişasta, glikogen, xitin, sellüloza, və s.) əsasını təşkil edirlər. Bunların hamısı canlılarda struktur elementi olmaqla bərabər, enerji qaynağı olaraqda istifadə edilməkdədirlər. Enerji yarada bilməyən bir canlının həyatda qalmaq və çoxalmaq üçün bir fəaliyyət göstərməsi və quruluşunu aktiv olaraq qoruması mümkün deyil. Bu səbəbdən enerji canlılıq üçün həyati bir anlayışdır. Canlılar üçün bu qədər əhəmiyyətli olan bu molekulları araşdırdığımızda, bəlkə də ümid etdiyimizin əksinə, çox da qeyri-adi bir quruluş görmürük: 6 ədəd Karbon atomu (C), 12 ədəd Hidrogen (H) atomu, 6 ədəd də Oksigen (O) atomu bir araya gələrək canlıları "canlı" edən molekullardan biri olan karbohidratları yaradırlar.

Bu karbohidrat molekulları, fərqli sıra və formalarda bir araya gələrək daha böyük mürəkkəb maddələri meydana gətirə bilirlər. Məsələn, yuxarıdakı qlükoza və fruktoza bir araya gələrək saxaroza adlı bir başqa karbohidratı meydana gətirirlər. Bu molekullar daha fərqli şəkillərdə bir-birlərinə bağlanaraq,nəhəng karbohidrat komplekslərini əmələ gətirirlər. Qlükoza molekullarının birləşməsi nəticəsində qlikogen əmələ gəlməsini buna misal göstərmək olar. Bu mürəkkəb maddələr, canlıların struktur vahidi olan hüceyrələrdə baş verən proseslərdə istifadə edilirlər. Məsələn, enerji yaratmaq üçün oksigenlə reaksiyaya girir, bir başqa "həyat molekulları" olan zülallar və yağlarla birlikdə hüceyrə membranını əmələ gətirirlər. Qlükoza heyvanların çoxunun əsas enerji mənbəyidir və heyvanlarda qlükoza qaraciyərdə qlikogen şəklində toplanır. Lakin eyni qlükoza fərqli bir rabitə quraraq bitkilərin güclü hüceyrə divarını meydana gətirən sellülozanı, ya da bir başqa şəkildə kimyəvi əlaqə yaradaraq həşəratların xarici qabıqlarında olan sərt xitin qatını meydana gətirirlər. Yəni hər şey kimyəvi rabitələr və bunların tipləri ilə əlaqədardır. Eyni əsas "həyat molekulları", fərqli kimyəvi əlaqələrin təsiri altında fərqli strukturlara qatılırlar. Beləliklə hüceyrələrə baxdığımız zaman onların "həyat molekulları"nın qarışığından başqa bir şey olmadıqlarını görürük. Qısaca fərqli rabitələr, fərqli məhsullar deməkdir. Milyard illərdir davam edən Təkamül nəticəsində bu qədər fərqli ehtimalın fərqli şəkillərdə hüceyrələrə qatılması günümüzdəki canlılıq müxtəlifliyinə səbəb olmuşdur.

İndi də canlılar üçün "xüsusi əhəmiyyətli molekul" sayılan zülallara baxaq. Zülallar, aminturşu deyilən daha kiçik molekulların uc-uca, üst-üstə və ya yan-yana birləşməsi nəticəsində yaranan bir atom kompleksidir. Təkamül prosesində günümüzədək 20 təməl aminturşu meydana gəlmişdir. Aminturşuların da quruluşunda digər molekullardan fərqli bir xüsusiyyət yoxdur. Gördüyümüz, karbon, oksigen, hidrogen və azotdur. Onları fərqləndirən yalnız fərqli radikallardır. Bu aminturşular fərqli şəkillərdə birləşərək sonsuz sayda zülal meydana gətirə bilərlər. Çünki yuxarıdakı 20 aminturşudan 3-4 dənəsi bir araya gələrək bir zülalı meydana gətirə biləcəkləri kimi, eyni 20 aminturşudan yüzlərləsi bir araya gələrək nəhəng zülalları da meydana gətirə bilərlər. Bu da sonsuz sayda kombinasiya deməkdir. Yüzlərlə aminturşu, fərqli sıra və sayda istifadə edilməkdədir. Bu sıraların və sayların dəyişməsi fərqli funksiyalara sahib fərqli xüsusiyyətlərdə zülalların yaranmasına səbəb olur. Zülallar, təməl olaraq hər yerdə istifadə edilə bilən, çox əhəmiyyətli, son dərəcə stabil molekullardır. Ən əhəmiyyətli vəzifələri arasında fermentləri meydana gətirmək və katalitik funksiyalarını misal göstərmək olar. Bu mövzuya irəlidə təkrar dönəcəyik.

Zülalların da adi kimyəvi strukturlar olduğunu anladıqsa, indi bir də lipid (yağ) molekullarının tərkiblərinə baxaq. Lipidlərin digərlərindən fərqli olaraq iki tip quruluşu var: qliserol və yağ turşuları. Bunların ikisinin birləşməsi yağ molekullarını meydana gətirir.

Yağ molekulları, canlılıq üçün çox böyük əhəmiyyət kəsb edir. Bilinməsi lazım olan, yağ molekullarının quruluşundan ötəri su içərisində kürəvi, iki qatlı bir zireh meydana gətirə bildikləri həqiqətidir. Bu zireh tamamilə fiziki qanunların təsiri altındadır və olduqca sabitdir. İlk hüceyrə strukturlarının bu zireh içərisində başladığı düşünülməkdədir və bu düşüncə, günümüzdəki bütün hüceyrələrin zar strukturlarının yağ əsaslı olmasıyla dəstəklənməkdədir.

Bu strukturlar özbaşına necə meydana gələ bilər ?

Problemin elmi cavabı olduqca sadədir: Kimyəvi rabitələr. Hər nə qədər canlılığa xüsusi vəzifələr yükləməyə çalışaraq, bizi meydana gətirən strukturların özbaşına meydana gələ bildiyi gerçəyini israrla inkar etsəkdə, çox təəssüf ki gerçəklər, bizim istədiklərimiz kimi olmaq məcburiyyətində deyildirlər. Və elmi araşdırmalar göstərməkdədir ki, canlılığı (ya da cansızlığı) meydana gətirən strukturlar, özbaşına, daha doğrusu Kainatın (ən azı Yerin) bildiyimiz hər nöqtəsinə təsir edən Fizika və Kimya qanunlarının təsiri altında meydana gəlməkdədirlər. Bu səbəbdən, hər nə qədər təxəyyülümüzü və fantaziyalarımızı işə salsaq da, canlılığı meydana gətirən səbəblərin arxasında bir gizlin, bir sirr axtarmaq səhv olacaq; çünki belə bir sirrə və hətta bu sirrin lazım olmasına elmdə əsla ehtiyac duyulmamışdır. Bunlara bir az nəzər salaq:

Bir çoxumuzun məktəbdə bəlkə də nifrət edərək öyrəndiyimiz o məşhur rabitələr və onlara dair məlumatlarımız, əslində kimya imtahanından yüksək qiymət alıb almayacağımızı təyin etməkdən daha çox kənar funksiyalara sahibdirlər: Onlar canlılığı (və cansızlığı) meydana gətirməkdədirlər! Kovalent, ion, hidrogen rabitələri, Van der Vaals qüvvələri və digərləri, davamlı olaraq, fasiləsiz yeni molekulların meydana gəlməsini təmin etməkdə və kimyəvi reaksiyaları tətikləməkdədir…

Əgər müəyyən atomlardan kifayət miqdarda bir qaba qoysaq və gözləsək, bu atomlar arasında rabitələr meydana gəlməyə başlayacaqdır. Dəmir atomlarından ibarət olan bir maddə oksigenlə zəngin bir mühitdə qaldıqda, bir müddət sonra siz heç bir şey etməsəniz də, eynən "sehr" kimi gəlsə də özbaşına, kimyəvi reaksiyaların təsiri altında, kimyəvi rabitələrin meydana gəlməsi ilə dəmir atomları "paslanmağa", daha doğrusu "oksidləşməyə" başlayacaqlar. Bu hadisədə bir təbiətüstü səbəb axtarmaq, təxəyyülə deyil, məlumat əskikliyinə işarə edir.

Bəhs etdiyimiz reaksiya və ya ağılınıza gələ biləcək hər hansı bir başqa kimyəvi reaksiya, tamamilə elektronlardan qaynaqlanır. Əgər orbitlərindəki elektronları "paylaşmağa" meyllidirsə "kovalent rabitə"; əgər orbitlərindəki elektronlardan bəzilərini alıb-verməyə meyllidirsə "ion rabitəsi" meydana gəlir. Flüor (F), Oksigen (O) və Azot (N) atomları ilə Hidrogen (H) atomu arasında, bu atomların elektroneqativliyi səbəbiylə "hidrogen rabitəsi" deyilən və həyatın meydana gəlməsində (daha doğrusu bu molekulların funksional ola bilmələrində) çox əhəmiyyətli rol oynayan bir rabitə var. Digər tərəfdən Van der Vaals rabitələri isə daha zəifdir və sadəcə mənfi yüklər ilə müsbət yüklər arasındakı cəzbetmə və mənfi yüklər və ya müsbət yüklər arasındakı itələmə qüvvələrindən yaranmaqdadırlar. Keçici ya da qalıcı ola biləcəkləri kimi, güclü bağlar deyildirlər.

Bu kimyəvi maddələr arasındakı rabitələrin bəzilərini qoparmaq son dərəcə asan, bəzilərini qoparmaq isə çətindir və olduqca çox enerjiyə ehtiyac duyulur. Bunlardan bəziləri bir-biriylə çox sürətli və asan şəkildə rabitə qurur, bəziləri isə nə qədər məcbur etsək də bir-birinə bağlanmırlar. Bu da, tamamilə elementlərin kimyəvi və elektron strukturlarından asılıdır. Bu səbəbdən, bəzi kimyəvi maddələr çox möhkəm quruluşdaykən, digərləri qeyri-stabildir və asanca parçalanırlar. Bənzər şəkildə, nəhəng bir molekulun bir qismi müəyyən kimyəvi reaksiyalara girərkən, bir qismi bir başqa tipə açıq ola bilir, digər bir qismi isə son dərəcə möhkəm olduğundan reaksiyaya heç daxil olmur. Beləliklə, meydana gələ biləcək molekulların və bu molekullar arası əlaqələrin sayının bir sərhədi yoxdur; sonsuz sayda ehtimal düşünmək mümkündür.

Burada problem, xüsusilə böyük molekulların meydana gələ bilməsi üçün lazım olan reaksiyaların "aktivləşmə enerjisi"nin çox yüksək olmasıdır. Yəni elementlər bir yerdə olsalar belə, özbaşına bir-birlərinə bağlana bilmələri qeyri-mümkündür ya da heç olmasa çox az bir ehtimaldır. Ancaq aydındır ki canlılığın başlanğıcında bu baş vermişdir. Bəs necə?

Canlılığın başladığı dövrlərdə, 600 milyon illik bir müddətdə Dünyanın atmosfer və ekoloji şərtləri bu günkindən olduqca fərqli idi. Hər şey daha çox xaotikdi və istilik, işıq, radiasiya kimi faktorlar bu günkindən daha şiddətli və fərqli təsirdəydi. Hələ ozon təbəqəsi belə tam olaraq meydana gəlməmişdi ki, bir az dəlindiyində iqlimin necə dəyişdiyini görə bilirik. Belə bir vəziyyət, kimyəvi reaksiyaların təbiətini də dəyişdirməkdə idi. Bu həqiqət Miller-Urey təcrübəsi ilə təsdiq olundu. Normal halda elementlər bir yerdə olsalarda əsla meydana gəlməyəcək olan aminturşular, karbohidratlar və digər molekullar, ilkin Dünya şərtlərində çox sürətli bir şəkildə yaranırdılar. Məsələn Miller-Urey təcrübəsi sayəsində 1-2 həftə kimi qısa müddətdə, bu "Həyat Molekulları"nın ilk pillələrinin, zülalları meydana gətirən aminturşuların böyük bir qisminin özbaşına meydana gələ bildiyini gördük. Bu, elm adına böyük bir zəfərdir.

Hal-hazırda bu reaksiyalar planetimizin şərtlərinin tamamilə dəyişməsinə baxmayaraq olduqca asan bir şəkildə reallaşmaqdadır. Bu necə baş verir? Əsasən zülal quruluşlu (müəyyən tipləri nükleotid quruluşludur) ferment adlanan kimyəvi maddələrin iştirakı ilə. Bunlar da digər molekullar kimi son dərəcə adidirlər və zülalların toxunduğumuz strukturlarına tamamilə bənzəməkdədirlər. Lakin bir xüsusiyyətləri, onları qiymətli etməkdədir: fermentlər, mühitdə olan və bir-biriləriylə uyğun olan molekulların öz aralarındakı reaksiyalarını sürətləndirirlər. Fermentlər bu reaksiyaları dəfələrlə sürətləndirə bilirlər. Belə ki, başlanğıcda 600 milyon illik bir sınaq-yanılma və gözləmə müddəti nəticəsində meydana gələn fermentlər, bir dəfə "uzun gözləmə" nəticəsində meydana gəldikdən sonra, asanlıqla digər reaksiyaları sürətləndirmiş və canlılığın inkişafını silsilə şəklində artırmışlar.

Bir molekulun "funksiyaya" sahib olması nə deməkdir?

Bu molekullar, sözdə "funksiyalara" sahibdirlər. Əslində, heç bir molekulun, heç bir "funksiyası" yoxdur. Onlar, fiziki qanunlar daxilində hərəkət edir, dəyişir və inkişaf edirlər. Ancaq bunu təmin edən bir şüurları ya da məqsədləri yoxdur. Yenə də bunların "təsadüfi kimi görünən" bu hərəkətləri, bizi "canlı" edir. Daha doğrusu bizlərin belə adlandırmağımıza səbəb olur, amma nə üçün? Əslində cavab bu problemin daxilində gizlənir.

Təbiətə, hadisələrə və faktlara baxırıq, bu sırada beynimizdəki molekullar müxtəlif reaksiyalara girirlər və bunun total nəticəsinə "düşünmə" deyirik. Baxdığımız sistem, bəzi maddələrin, digər maddələrə parçalanması ilə əlaqədardırsa ona "həzm" deyirik. Bu funksiyanı yerinə yetirən hüceyrələri "həzm hüceyrələri" adlandırırıq. Halbuki onlar "həzm etmə vəzifəsi" daşıyan əsgərlər deyildirlər. Onlar, yalnız fiziki və kimyəvi qanunauyğunluqları yerinə yetirən şüursuz atomlar və atomlardan ibarət olan molekullardır. Ancaq bunların tamamı bizi var etdiyi üçün, bizdə bunları hiss etdiyimizi düşünürük. Halbuki "hiss etmə" dediyimiz belə yalnız kimyəvi bir qarşılıqlı təsirdir və tamamilə atomlar və molekullar vasitəsilə olur. Molekulların funksiyaları olduğu yanılmasını biz yaradırıq; əslində heç bir molekul bir "vəzifə" yerinə yetirmir; yalnız, Fizika və Kimya qanunlarının təsiri altında etmək məcburiyyətində olduğu işi görür: reaksiyaya girir, itələnir, çəkilir, parçalanır, birləşir və s. Bunlar, bir molekulun vəzifəsi deyil və bir atom yığını olaraq, onsuz da edə biləcəyi başqa bir şey yoxdur. Lakin bir molekul yığınına kənardan müdaxilə ilə müəyyən atomlar və molekullar əlavə edilsə (və ya çıxarılsa), etdiyi "iş"in tamamilə dəyişdiyini görərik. Çünki bu əlavə etmə-çıxarma işi, onun kimyəvi və fiziki xassələrini dəyişdirir; bu da üzərindəki qanunların fərqli işləməsinə səbəb olur. Bu səbəbdən maddələrin "funksiya"sını onların kimyəvi quruluşu təyin edir. Və bu quruluş, fövqəltəbii bir güc tərəfindən, elmdən kənar bir şəkildə deyil, yuxarıda açıqladığımız şəkillərdə təməl fizika və kimya qanunlarının təsiri altında təyin olunmaqdadır; dəyişməyə açıqdır və davamlı olaraq dəyişməkdədir də.

Qısaca olaraq, bütün bu hadisələrə səbəb olan, canlıları "canlı", cansızları "cansız" edən Fizika və Kimya qanunlarıdır. Bu qanunları da Kainatın meydana gəlmə forması təyin etmişdir. Bəlkə başqa bir Kainat meydana gəlsəydi bu qanunlar meydana gəlməyə bilərdi. O zaman da "o Kainat"ın qanunları daxilində bizim öz Kainatımız içərisində istifadə etdiyimiz sifətlərlə təyin edə bilməyəcəyimiz qədər fərqli "varlıqlar" inkişaf edəcəkdi. Bəlkə "canlı" anlayışı "o Kainat"da keçərli olmamaqla birlikdə, heç bir şey ən başından var ola bilməyəcəkdi. Bu tamamilə Kainatı başladan partlayış və bu başlanğıcdan doğulan parametrlər ilə əlaqədardır. Bunlar, canlılığa baxış bucağımızı mənşəyindən dəyişdirə biləcək əhəmiyyətli Fizika həqiqətləridir.

daha ətraflı...

Təkamül Dərsi (yazı silsiləsi ilə)

Həyatın Yerdə Yaranması və İnkişafı:

1. Kimyəvi Təkamül: İlk Hüceyrənin Yaranması
2. Kimyəvi Təkamül: Canlılıq və Cansızlıq Anlayışları
3. Canlılığın Təkamülü: "Həyat Molekulları" 

4. İlk DNT Necə Meydana Gəldi? Retroviruslar, "Öncə-RNT Fərziyyəsi" və "RNT Dünyası Qaydası"
5. Nukleotidlər, Genlər, DNT, Xromosom və Digər Genetik Strukturların Xüsusiyyətləri və Fəaliyyəti

6. Kembri Partlayışı


 Növyaranma Prosesi və Təkamül üçün Vacib Mexanizmlər:

1. Növyaranma Mexanizmləri
2. Ziqot-əvvəli və Ziqot-sonrası Baryerlər
3. Genlər Necə Dəyişilir?
4. Mutasiyalar
5. Krossinq-Over

6. Təbii Seçmə
7. Süni Seçmə

8. Cinsi Seçmə
9. Psevdogenlər
10. Müasir Növyaranma və Təkamül Nümunələri


İnsanın Təkamülünə Dair:

1. İnsanın Təkamülü
2. İnsanda Dəri Rəngi Təkamülü və Tük Azalması

3. İnsan Doğan Məməli Heyvandır
4. Təkamül Nöqteyi-nəzərindən Dinlər və Tanrılar


Əsassız İddialara Cavablar:

1. Ara Keçid Elmi Olaraq Nədir?

2. Təkamül Əleyhdarlarının Məntiqsiz İddiaları

3. Archaeopteryx Haqqında...
4. "Atam da insandır, uşağım da insan olacaq, elə isə fərqli bir növ necə yarana bilər?"

5. Saxta Fosil Nədir?
6. Tiktaalik Roseae Timsah Deyil!
7. Miller-Urey Təcrübəsi ilə Əlaqədar Əsassız İddialar
8. "Təkamülçülərin Etirafları?"
9. "Harun Yahya"nın Saxtakarlıqları

10. "Harun Yahya"nın Saxtakarlıqları 2

11. "Boinq 747", "Təsadüfi Çəkilən Mona Liza Şəkli" və Təkamül ilə əlaqədar digər bənzətmələrə cavablar
12. Təkamül, Təsadüf və Xaos
13. Darvin irqçi və Türk düşməni idi?
14. Təkamül Nəzəriyyəsinə Dair Miflər-1: "Mutasiyalar Yalnız Zərər Verir"



Çarlz Darvin Haqqında:

1. XIX-cu Əsrin Dahisinin Ölümü
2. Çarlz Darvin: "Dinlə Bağlı Düşüncələrim"
daha ətraflı...

Ara Keçid Elmi Olaraq Nədir ?

Təkamül, olduqca yavaş inkişaf edən bir prosesdir və təkamülləşən canlılar tək-tək fərdlər deyil, ümumi olaraq populyasiyalardır. Bu, həqiqətən başa düşülməsi lazım olan ən əhəmiyyətli nöqtələrdən biridir. Heç bir zaman, fərdi olaraq bir insanabənzər insana çevrilmir. Heç bir zaman tək bir qurbağa təkamül keçirib başqa bir canlıya çevrilməyəcəkdir. Təkamül, tək-tək fərdlərin bəzi xüsusiyyətləri baxımından Təbii Seçmə ilə zamanla aradan qaldırılmaları nəticəsində, ümumi olaraq populyasiyaların müəyyən və ümumiyyətlə əvvəldən naməlum istiqamətlərə doğru dəyişmələridir. Çünki bir fərd, elə ya belə genetik bir materialla, ana və atasından fərqli bir fərd olaraq doğulur. Bu fərqli və özünə xas xüsusiyyətlər, təbiət qarşısında imtahana tabe tutulur və müvəffəqiyyətli olsa, özü də inkişaf edə bilir. Beləcə özündəki genetik vəsaiti balalarına ötürür. Bu zəncirin minlərlə nəsil sürməsi nəticəsində canlılar, addım-addım dəyişməyə başlayırlar.

Bir insanabənzər harada qurtarır, harada bir insan başlayır - bu ayırd edilə bilməz. İlk su dörd ayaqlısı hansı idi və hansı nöqtədə quruya keçidi tamamlandı - bu da bilinə bilməz. Onsuz da ara keçid növünün yalnış anlaşılmasının kökündə duran məsələ bunun anlaşılmamasıdır. Yarı insan-yarı primat ara keçid növü yoxdur, ola da bilməz. Bu, təkamül əleyhdarı insanların bu təlimə hücum üçün və fantaziyaları daxilində canlandırdıqları səhv təkamül imicini təmin etmək üçün uydurduqları və daha sonra elm insanlarının onların bu iddialarına cavab vermək üçün onların dilindən danışmaları nəticəsində bu anlayışın dilimizə yerləşməsiylə ortaya çıxan bir vəziyyətdir. Əslində hər canlı, daha doğrusu hər populyasiya ara növlər təşkil edir. Hər bir yeni doğulan canlı ara keçid növüdür. Biraz izah edək:

Dediyimiz kimi, təkamül oldquca yavaş hərəkət edir və 80 illik insan ömrü, insanın bu dəyişiklikləri dərk etməsinə bəs etməyəcək qədər qısadır. Təkamül əleyhdarları, xəyallarındakı səhv təkamül imicini köçürə bilmək üçün "ara növ" anlayışını irəli sürürlər. Onlara görə hər iki canlı arasında, onların hər ikisinə bənzəyən bir ara növ olmalıdır. Məsələn bir ördək ilə bir timsah arasında, "ör-sah" ya da "tim-dək" kimi bir canlı olmalıdır. Bu, açıq-aşkar bir axmaqlıq, insan zəkasına bir təhqir və elmə hörmətsizlikdir. Təkamülün heç bir zaman belə bir iddiası olmamışdır və olmayacaq. Təkamül çox yavaş reallaşan və hər yeni növün, təməldə, əcdad növlərə olduqca oxşadıqları bir şəkildə reallaşır. Təkamül Ağacı anlayışını qavramayan insanlar hər canlı arasında xüsusi bir keçid növü axtarırlar. Bu doğru deyil.

Bir digər məsələ, bu axmaqlığın istədikləri kimi hədəfə çatmasıdır. İki canlı düşünək: A və C canlıları adlandıraq. Bunlar arasında bir keçid növü axtarırıq (bunlar, bir-biri ilə qohumluğu məlum canlılar olsun, məsələn insanabənzərlərlə insanlar olsun). Minlərlə elm adamının fədakar səyləri və illərini xərcləri nəticəsində, təkamül əleyhdarlarının istədikləri B "ara növü" tapılmış olsun. Ancaq onlar, burada dayanmayacaqlar: A və B arasındaki ilə B və C arasındakı keçidi də tələb edəcəklər. Onlardan da bir qismini tapdığınızda, yeni açılan boşluqlar doldurulmağa başlanacaq. Bu uzun müddət belə davam edəcək və sonda məsələ ata-bala fərdə gəlib çatacaq və bu nöqtədə də bir daha hər yeni doğulan canlının keçid canlısı olduğu məlum olacaq.

Bu insanların yanıldığı hissə, fosilləşmə qaydalarını bilməmələri və əslində kökdə təkamülü qəbul etmək istəməmələridir. Bəli, hər iki növ arasında bir keçid növü var, ancaq paleontologiyada istifadə edilən bu qayda unudulmamalıdır: Hər 1 milyon fərdlik populyasiyanın statistik olaraq yalnız 1 fərdi fosilləşir. Bu səbəblədir ki, fosil tapmaq çox çətin və əziyyətli işdir. Oturacağın yerdən "onunla bunun arasındakı ara keçid hanı?" deyə soruşmaq asandır. Əhəmiyyətli olan elmə qatqı təmin etməkdir.

Nəticə budur ki heç bir canlının "ilk üzv"ündən bəhs edilə bilməz, çünki təkamül çox yavaş inkişaf edir və o keçidi ayırd etmək mümkün olmur. Bundan başqa "ara növ" deyə bir xüsusi anlayış elmi olaraq yoxdur, hər canlı, özündən bir əvvəlki və bir sonrakı növlər arasındakı bir keçid növüdür. Buna bütün müasir canlılar da daxildir.
daha ətraflı...

Ən qədim dinozavr embrionu

Dünyadakı hegemonluğu 65 milyon il əvvəl sona çatan dinozavrların təkamül müddəti ərzində bilinən bütün canlılarla müqayisədə ən sürətli embrionik mərhələyə sahib olduğu ortaya çıxdı.

Çinin cənub-qərbindəki Yunnan əyalətində yerləşən Kunming şəhəri yaxınlığındakı qazıntı sahəsində, otobur Lufengosaurus dinozavrına aid çox sayda fosil tapıldı. Boyları 10 metrə qədər uzanan Lufengosaurus'lar Dünyanın gördüyü iki ayaq üzərində yeriyən ən böyük dinozavrlar idi.

Nature jurnalında yayımlanan araşdırmaya görə, 195 milyon illik fosillər üzərində tədqiqatlar aparanlardan Robert Reisz, "Bu canlılar bu günə qədər gördüyümüz bütün məməli, quş və ya digər dinozavr növlərindən daha sürətli inkişaf edirdi" dedi. Kanadanın Toronto Universitetindən olan prof. Reisz'ın başçılıq etdiyi tədqiqat qrupunda Çin, Tayvan, Avstraliya və Almaniyadan gələn paleontoloqlar da iştirak edirdi. Tədqiqatçılar, Lufengosaurus embrionlarının, bu günə qədər əldə edilən ən köhnə dinozavr qalıqları olduğunu bildirdilər.

New York Amerikan Tarix Muzeyindən olan Mark Norell, "Tapılan fosillər inkişaf prosesində dinozavrların erkən embrioloji mərhələləri haqqında unikal bir dünyagörüşü təqdim edir" deyə açıqladı.

Qaynaq: Nature
daha ətraflı...

Australopithecus sediba İnsan təkamülünün ən əhəmiyyətli pilləsidir

Zürich Universitetindən olan bir qrup tədqiqatçı, insan təkamülünün qabaqcılları arasında yer alan, 2 milyon il əvvəl Cənubi Afrikada yaşamış Australopithecus sediba növünün necə göründüyünü ilk dəfə gözlər önünə sərdi. Australopithecus sediba, Afrikada başladığı qəbul edilən insan təkamülü prosesində ən əhəmiyyətli mərhələni meydana gətirmişdi.

Müasir insanların ortaya çıxmasından əvvəl təkamül müddətində iştirak edən Australopithecus sediba'nın üzü, elmi məlumatlara əsaslanaraq ilk dəfə canlandırıldı. Primitiv bir gediş tərzinə sahib olan Sediba, ön dişləriylə insana bənzərkən, tərəvəzlərlə bəslənir və vaxtının böyük bir hissəsini ağaclarda keçirirdi.

ScienceDaily elmi jurnalında yayımlanan araşdırmada insan təkamülünün əhəmiyyətli pilləsi olan Australopithecus sediba`nın necə göründüyü, hərəkət etdiyi və qidalandığı lk dəfə ətraflı şəkildə təqdim edildi.

Tədqiqatçı qrupun başında duran Lee Berger ScienceDaily'yə verdiyi açıqlamasında, Australopithecus sediba'nın ilkin hominidlərlə uyğunluq təşkil etməsiylə birlikdə Homo sapiens'lə də oxşarlıqları olduğunu, bu növün müasir insanlarda olan kəllə sümüyü, diş, çənə sümüyü, qollar baxımından olduqca bənzədiyini bildirdi.

Cənubi Afrika Respublikasının Witwatersrand Universitetində Təkamül Tədqiqatları sahəsində araşdırmaçı olan Berger həmçinin bunları dedi: "Sediba uğurlu bir 'keçid növü' nümunəsidir". Sediba fosili, Johannesburg şəhərinin yaxınlığındakı Malapa qazıntı sahəsində kəşf edilmişdir. Fosil təxminən 2 milyon il yaşındadır.

Sediba'nın dişləri üzərində aparılan araşdırmalar, bu növün, təxminən 2.1 milyon il əvvəl yaşamış olan Australopithecus africanus'la yaxın qohum olduğunu da göstərdi. Hər iki növ, müasir insanın da əcdadı qəbul edilən Homo erectus'la diş quruluşu baxımından bənzərliklər ortaya qoyurdu.

ABŞ-ın Ohio Dövlət Universitetindən olan antropoloq Debbie Guatelli-Steinberg:


"Bu ana qədər aparılan tədqiqatlar, Sediba'nın primitiv avstralopiteklər və müasir insanlar arasında bir körpü meydana gətirdiyini sübut edir. Sediba insan təkamülündə olduqca əhəmiyyətli bir ara keçid növüdür."

Bundan başqa Sediba'nın diş fosilində bitki elementlərinə aid mikroskopik parçalar tapılmışdır. Bu da növün davamlı olaraq bitkilərlə qidalandığını və hələ tam olaraq ət yeməyə uyğunlaşmadığını göstərir.

Sediba, omba və dizləri önə əyik və əyri bir şəkildə, tam təkmilləşməmiş bir yerişə malik idi. Elm adamları, bu tərz yerişin dik yerimə və ağac dırmaşma arasındakı təkamül əlaqəsini meydana gətirdiyi qənaətindədirlər.


Qaynaq: ScienceDaily
daha ətraflı...

April 9, 2013

Yumurta qoyan məməlilər digər məməlilərdən daha yavaş təkamülləşdi

Avstraliyada tapılan 100 milyon illik çənə sümükləri platypus (ornitorenk) kimi yumurtlayan məməlilərin digər məməlilərdən daha yavaş təkamül keçirdiyini göstərdi.

Yumurtlayan məməlilər, birdəlikli (monotrem) olaraq adlandırılır, ümumiyyətlə iki qrupa ayrılır: ördəkburunlu, düz döşəməli platypuslar (ornitorenk) və bəstəboylular, tikanlı qarışqa yeyənlər yexidna olaraq adlandırılır. İkisinin də təbii həyat bölgəsi Avstraliyadır. İkisi də qalıq qeydlərində qeyri-kafi göstərilir, monotrem ailə ağacını izləmək istəyən araşdırmaçılar ağırlıqla molekulyar məlumatlardan faydalanmışdır. Araşdırmaçılar, müəyyən gen ya da zülalın ardıcıllığında fərqliliklərin sayını hesablayaraq platypus (ornitorenk) və yexidnaların nə qədər zaman əvvəl iki qrupa ayrıldıqlarını təxmin etməyə çalışıblar.

Nəticələr çalışılmış gen ya da zülala bağlı olaraq müxtəlifdir və təxminlər 17 milyondan 80 milyona qədər əvvəldə hər hansı bir yerdə ayrıldığınə göstərir. Bəzi araşdırmaçılar Teinolophos olaraq adlandırılan yaşı 100 milyondan çox olan Avstraliyada yaşayan qədim canlının ilk platypus (ornitorenk) olub ola bilməyəcəyi ilə maraqlandılar. Əgər elədirsə, bölünmənin tarixi çox daha uzaqda davam edə bilər. Teinolophos skeletlərinin araşdırmalarından çıxan nəticə növün platypus ya da bəzi ümumi monotrem əcdadı olub olmadığını tam şəkildə ortaya qoymur. Austin'də Texas Universitetindən Timothy Rowe və araşdırmaçı qrup yoldaşları yüksək keyfiyyətli X-ray tomoqrafiya ilə araşdırmaq üçün darama yolu ilə kəllə sümüyünün şəklini çıxardılar.

Burun Rentgeni

Testlər böyüdülmüş kanalın çənəsi, şəkli və ölçüləri ilə çalışılan platypusların göstəricisi olduğunu, lakin yexidnaların göstəricisi olmadığını ortaya çıxardı. Müasir heyvanlarda, bu kanallar sinirlər və qanla birlikdə platypuslarda daha xüsusiyyətli dimdiyi təmin edir. Eyni şəkildə heyvanların dişlərinin araşdırılması platypuslarda ortaq xüsusiyyətlər göstərdi, amma yexidnalarda ortaq xüsusiyyət göstərmədi.

Bu, növün 100 milyon il əvvəl ortaya çıxmasından əvvəl bu iki qrup arasında ayrıldığını göstərdi. Bu iki nəticə necə uzlaşır? Platypus-yexidnanın ayrılması zamanı digər məməlilərdə müşahidə edilən ardıcıllıq dəyişməsinin nisbəti əsasa alınaraq hesablanmışdır. Amma əgər monotremlər digər məməlilərdən daha yavaş təkamülləşibsə, Rowe'un göstərdiyi kimi, tədqiqatçılar yığılan mutasiyalar üçün verilən zamanı əskik dəyərləndirmiş ola bilərlər. Rowe, bu monotremlərin həqiqətən yavaş bir təkamül əhvalatı ola biləcəyini söylədi.

Monotrem təkamülündə araları tam olaraq nə ifadə etdiyi müəyyən deyil. Rowe monotremlərin ümumiyyətlə yavaş maddələr mübadiləsinə və uzun artım zamanına sahib olduğunu iddia edir. Hər ikisi də nəzəri olaraq təkamül dəyişikliyinin nisbətini yavaşlada bilər. Əgər monotremlər ekoloji taxça üçün uyğun olsaydı bu da dəyişiklik üçün seçmə təzyiqinin azalmış olmasını gözləyə biləcəyimiz mənasını verərdi. Rowe, varlığın ehtimalla təkamülləşməyə ehtiyacı olmadığını düşündü, çünki onların ovçuluq qabiliyyətləri çox yaxşı idi: platypusun dimdikləri ovun yaydığı müəyyən elektrik siqnalları üçün olduqca həssas sinir uclarına malikdir.

David Wake, Kaliforniya Berkeley Universiteti təkamülçü bioloqu, bu kəşfin həqiqətən əhəmiyyətli olduğunu söylədi. Amma David Wake'in çənə sümüyü məsələsinə fərqli həlli var. O, canlının platypus olmadığını düşündüyünü söylədi. David Wake, daha əvvəl var olmuş digər köhnə bütün monotremlər haqqında heç bir şey bilmədiklərini söylədi. David Wake, gələcək fosil tapıntılarının çənə sümüyünün vəzifəsini dəyişdirə biləcəyini düşünür. Məsələn, kanal iki dəfə təkamülləşə bilər, əvvəl bir dəfə bölünmüş və sonra bölünərək. Əgər bu vəziyyətdə olsa, Avstraliyada çənə sümükləri bu cür olanlar platypus və yexidnalar arasında əvvəlcədən ayrılmış ola bilər.


Qaynaq: Nature
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top